Belçikada koronavirus testi bəhanəsi ilə tək yaşayan yaşlı insanların evlərinə girərək soyğunçuluq edilib.
Bizim.Media xarici KİV-ə istinadən bildirir ki, tibb bacısı formasında olan qadın oğrular, iki qrup halında evlərə daxil olurlar.
Oğrulardan biri test götürmək bəhanəsi ilə ev sakininin başını qatır, digəri isə evdəki qiymətli əşyaları götürür.
Belçika polisi dəfələrlə təkrarlanan bu hadisəyə görə xalqa xəbərdarlıq edərək bildirib ki, tibb bacıları koronavirus testi üçün evlərə girə bilməz.
Bizim.Media