İstanbul Hava Limanı fəaliyyətə başladığı qısa zaman kəsiyində bir-birinin ardınca Avropanın ən nüfuzlu mükafatlarının sahibi olub.
Bizim.Media xəbər verir ki, Türkiyə KİV-ləri bu barədə məlumat yayıb.
Bənzərsiz memarlığı, dünyanın ən müasir texnologiyalarının tətbiqi, “ağıllı hava limanı” ideyası ilə örnəyə çevrilən aeroport Beynəlxalq Hava Limanları Şurası (ACI) tərəfindən “16th ACI Europe Awards” sahəsində “Digital dönəmde Avropanın ən yaxşı Havalimanı” mükafatına layiq görülüb.
Bizim Media