İtaliya rəsmisi: “Ermənistan həmişə Rusiyanın protektoratı olub”

“İtaliya Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hər zaman Birləşmiş Millətlər Təşkilatının (BMT) mövqeyini, yəni işğal olunmuş ərazilərin Azərbaycana qaytarılmalı olduğunu dəstəkləyib”.

XİN-dən Bizim.Media-ya verilən xəbərə görə, bunu İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin dövlət katibi Manlio Di Stefano “Agenzia Nova” xəbər agentliyinə müsahibəsində deyib.

Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki erməni icmasına münasibətdə isə M. Di Stefano qeyd edib:

“Biz insan haqlarının qorunması, xristian icmalarının mühafizəsi baxımından həmin ərazidəki ermənilərin bütün hüquqlarına hörmət edilməsinin tərəfdarıyıq və mən bu xüsusda çox rahatam, çünki Azərbaycan çoxkonfessiyalı ölkədir. Bu barədə bizi dəfələrlə əmin ediblər”.

Münaqişənin nizamlanmasında Rusiyanın roluna münasibətdə İtaliya rəsmisi vurğulayıb ki, Rusiya Dağlıq Qarabağda böyük bir realpolitik nümayiş etdirib:

“Çünki Ermənistanın həmişə bir növ Rusiyanın protektoratı olduğu doğrudur, lakin Rusiyanın Türkiyə ilə və bölgədəki enerji ilə əlaqəli iqtisadi münasibətlərinin olduğunu nəzərə alaraq, Azərbaycanın özü ilə də böyük bağlarının olduğu da həqiqətdir”.

M. Di Stefano əlavə edib ki, son imzalanan sənəddən başa düşüldüyü kimi regionun ətrafındakı işğal olunmuş ərazilərin və şimal hissəsində erməni icmasının qalmasına zəmanət verilməsi ilə Dağlıq Qarabağın qaytarılması xarici siyasətdə yeni geosiyasi vəziyyətin formalaşmasına dəlalət edir:

“Türkiyə bu baxımdan getdikcə daha çox əhəmiyyət kəsb edən bir faktordur və ikinci NATO ordusundan bəhs etdiyimizə görə özümüzdən Qərbin və NATO-nun hansı mövqedə dayandığını soruşmalıyıq.

İnanıram ki, Türkiyə ilə bağlı bunu asanlıqla əsaslandıra bilərik, amma bir sualla qarşılaşırıq: bu gün NATO-nun tərkibi necədir və NATO siyasətini necə ümumi hala gətiririk? Bu, asan cavabı olmayan vacib bir sualdır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Yaraları necə tez sağaltmaq olar?

Yaraları necə tez sağaltmaq olar?

Safurənin oğlunun ad günündən FOTOLAR

Safurənin oğlunun ad günündən FOTOLAR

İnstaqramda silinən izləyicilərinin sayını açıqladılar

İnstaqramda silinən izləyicilərinin sayını açıqladılar

Tramp: ABŞ Kuba məsələsi ilə məşğul olacaq

Tramp: ABŞ Kuba məsələsi ilə məşğul olacaq

1300 illik sirr üzə çıxdı

1300 illik sirr üzə çıxdı

Xankəndidə WUF13 festivalı keçirildi - FOTO

Xankəndidə WUF13 festivalı keçirildi - FOTO

Ukrayna Belqoroda zərbə endirdi: Yaralılar var

Ukrayna Belqoroda zərbə endirdi: Yaralılar var

Vəzifəli şəxs vəfat etdi - FOTO

Vəzifəli şəxs vəfat etdi - FOTO

“İlbiz”in “Maska”sı açıldı - VİDEO

“İlbiz”in “Maska”sı açıldı - VİDEO

Tramp: “Obama İrana yüz milyardlarla dollar verdi” - FOTO

Tramp: “Obama İrana yüz milyardlarla dollar verdi” - FOTO

Budapeştdə 12 ildən sonra ilk dəfə Avropa İttifaqının bayrağı qaldırıldı

Budapeştdə 12 ildən sonra ilk dəfə Avropa İttifaqının bayrağı qaldırıldı

Fransa Hörmüz boğazına hərbi donanma göndərməyi planlaşdırmayıb

Fransa Hörmüz boğazına hərbi donanma göndərməyi planlaşdırmayıb

Xankəndidə atəşfəşanlıq oldu - FOTO - VİDEO

Xankəndidə atəşfəşanlıq oldu - FOTO - VİDEO

Tramp: “Venesuela indi çox xoşbəxt ölkədir”

Tramp: “Venesuela indi çox xoşbəxt ölkədir”

Almanlar kütləvi şəkildə velosipedə və ictimai nəqliyyata keçir

Almanlar kütləvi şəkildə velosipedə və ictimai nəqliyyata keçir

Starmer daha 10 il hakimiyyətdə qalmaq istəyir

Starmer daha 10 il hakimiyyətdə qalmaq istəyir

Tramp: “İranın hərbi baxımdan bərpası üçün 20 il lazımdır” - VİDEO

Tramp: “İranın hərbi baxımdan bərpası üçün 20 il lazımdır” - VİDEO

Paşinyan müxalifəti hədələdi: “Qoy cəzaçəkmə müəssisəsində işləsinlər”

Paşinyan müxalifəti hədələdi: “Qoy cəzaçəkmə müəssisəsində işləsinlər”

Latviyanın müdafiə naziri dron insidentlərindən sonra istefa verdi

Latviyanın müdafiə naziri dron insidentlərindən sonra istefa verdi

BƏƏ-də məktəblər və universitetlər əyani təhsilə qayıdır

BƏƏ-də məktəblər və universitetlər əyani təhsilə qayıdır

2026-cı ildə dünyanın ən yüksək maaşlı peşələri

2026-cı ildə dünyanın ən yüksək maaşlı peşələri

"Neftçi" növbəti qələbəsini qazandı - VİDEO

"Neftçi" növbəti qələbəsini qazandı - VİDEO

Ayağı dəmir barmaqlıqların arasında qaldı - VİDEO

Ayağı dəmir barmaqlıqların arasında qaldı - VİDEO

Qızı İradə İbrahimovanı sevindirdi -FOTO -VİDEO

Qızı İradə İbrahimovanı sevindirdi -FOTO -VİDEO

End of content

No more pages to load

RADİO