ABŞ prezidenti Co Bayden ölkədə ölüm cəzasının ləğv edilməsini dəstəkləyir.
Bizim.Media report-a istinadla xəbər verir ki, bu barədə Ağ Evin rəsmi nümayəndəsi Cen Psaki bildirib.
“Prezident açıq şəkildə edamların dayandırılmasını istəyir. Baş prokurorun irəliyə addım atdığını görəndə sevinir”- deyə Psaki qeyd edib.
ABŞ Baş prokuroru Merrik Harland Ədliyyə Nazirliyinin müvafiq prosedurlarını yoxlayarkən ölüm hökmünün federal səviyyədə icrasına moratorium elan edib.
Bizim.Media