Müğənni Sofiya Rotarunun oğlu Ruslan Yevdokimenko xaricdə yaşamasına və Ukrayna hakimiyyətini dəstəkləməsinə baxmayaraq, Rusiya ilə biznes əlaqələrini davam etdirir.
Yevdokimenko Rusiya vətəndaşıdır və ölkədə vergi ödəyir. O, 2015-ci ilin noyabrında Rusiya pasportu alıb, bir il sonra isə fərdi sahibkarlıq qeydiyyatından keçərək anasının sahib olduğu “Villa Sofia” butik-otelinin direktoru olub.
Bizim.Media SHOT Telegram kanalına istinadən xəbər verir ki, Yevdokimenko hələ də Rusiya vətəndaşıdır, villanın sahibi kimi qeydiyyatdadır, eyni zamanda patriotik paylaşımlar edir. 2021-ci ildə müğənni villanı oğlunun adına keçirib ki, şirkətin müsadirə edilməsinin qarşısını alsın.
Ruslan Yevdokimenko Sofiya Rotarunun yeganə oğludur. 1994-cü ildə evlənib, Anatoliy adlı oğlu, Sofiya adlı qızı var.
Bizim.Media