İspaniyanın Madrid şəhərində ilk sürücüsüz elektrik avtobusu sınaqdan keçirilir.
Bizim.Media xəbər verir ki, cəmi 6 dayanacaqla qısa marşrutla işləyən avtobusun tutumu 12 nəfərdir.
Normalda saatda 40 kilometr sürətə çata bilən avtobus, sınaq zamanı maksimum saatda 15 kilometr sürətlə işləyib.
Avtobusun batareyasının ömrünün 8 ilə 10 saat arasında olduğu bildirilir.
Madrid hökuməti təhlükəsizlik və infrastruktur layihələrinin tamamlanmasından sonra 2026-cı ildən başlayaraq bu tip sürücüsüz elektrik avtobuslarından şəhər nəqliyyatında fəal şəkildə istifadə etməyi hədəfləyir. (lent.az)
Bizim.Media