Madriddə yerləşən iaşə obyektlərindən birində baş verən qaz partlayışı nəticəsində azı 25 nəfər xəsarət alıb.
Bizim.Media xəbər verir ki, bu barədə məlumatı İspaniyanın El País nəşri yayıb.
Bildirilib ki, partlayış binanın birinci mərtəbəsində yerləşən restoranda baş verib.
Hadisənin şahidlərinin bildirdiyinə görə, partlayış nəticəsində barın divarlarından biri uçub və bu, ətrafdakı insanlar arasında ciddi panika yaradıb.
Hadisə yerinə təcili tibbi yardım, yanğınsöndürənlər və polis əməkdaşları cəlb olunub. İnsidentin səbəbləri araşdırılır.
Bizim.Media