BMT-də Fələstin-İsrail münaqişəsinin iki dövlət prinsipi əsasında həllini nəzərdə tutan deklarasiya səs çoxluğu ilə qəbul edilib.
Bizim.Media xəbər verir ki, 142 ölkə qətnamənin lehinə, 10-u əleyhinə səs verib, 12 ölkə isə bitərəf qalıb.
Azərbaycan da HƏMAS-dan asılı olmayan Fələstin hökumətinin yaradılmasına səs verib.
Deklarasiyada qeyd olunur ki, Qəzzada müharibə dərhal dayandırılmalıdır və BMT Təhlükəsizlik Şurasının mandatı ilə müvəqqəti beynəlxalq sabitləşdirmə missiyasının yerləşdirilməsi dəstəklənməlidir.
Bizim.Media