Ərinin qohumlarını qonaq çağırdı, zəhərləyib öldürdü: “Hamısı mənə yaxşılıq etmişdi” – DƏHŞƏTLİ QƏTLİAM

Avstraliyada son illərin ən səs-küylü məhkəmə proseslərindən biri başa çatıb. 

Bizim.Media xəbər verir ki, 50 yaşlı Erin Patterson əri Saymon Pattersonun qohumlarını evinə qonaq çağıraraq onlara zəhərli “death cap” (ölüm papağı) göbələkləri qatılmış “Beef Wellington” (mal ətindən hazırlanmış vellington piroqu) yeməyi yedirdiyi üçün ömürlük həbs cəzasına məhkum olunub.

Məhkəmə qərarına əsasən, o, ən azı 33 il müddətində azadlığa buraxılmayacaq.

Viktoriya ştatının Ali Məhkəməsində hakim Kristofer Bil bildirib ki, Pattersonun əməlləri ailəsinə qarşı inamın misli görünməmiş şəkildə tapdanmasıdır. O, qadının bu qətliamla təkcə ərinin ailəsini deyil, həm də öz uşaqlarını nənə-babalarından məhrum etdiyini vurğulayıb.

Məhkəmə araşdırmalarına görə, Patterson 2023-cü ilin iyulunda ərinin valideynləri Don və Qeyl Pattersonu, həmçinin Qeylin bacısı Hizer Uilkınsonu öldürüb. Hizerin həyat yoldaşı İan Uilkınson isə ağır zəhərlənərək həftələrlə xəstəxanada qaldıqdan sonra möcüzəvi şəkildə sağ qalıb. Beləliklə, o, bu faciənin yeganə şahidi olub.

Hakim məhkəmədə bildirib ki, Patterson həmin gün əslində ərini də qonaqlığa dəvət edib. 

Əgər Saymon Patterson yeməyə qatılmış olsaydı, o da həyatını itirəcəkdi. Qadın ailəni evinə toplamaq üçün yalandan xərçəng xəstəliyinə tutulduğunu deyib və guya bu xəbəri uşaqlarına necə çatdırmaq barədə məsləhət istədiyini bildirib.

İstintaq zamanı məlum olub ki, Patterson özünə fərqli rəngdə boşqab götürüb – qonaqlar boz rəngli boşqablardan yemək yeyiblər, qatil qadın isə xüsusi olaraq narıncı-boz çalarda boşqab seçib. Bu da onun zəhərli yeməyi qəsdən başqalarına verdiyini sübut edən əsas dəlillərdən biri olub.

Prokuror və müdafiə tərəfi ömürlük cəzanın qaçılmaz olduğunu qəbul etsələr də, müdafiə vəkilləri onun 30 ildən sonra şərti azadlığa buraxılmaq hüququnun saxlanılmasını istəyib. 

Prokurorlar isə qadının heç vaxt azadlığa buraxılmamasını tələb ediblər.

Nəticədə, məhkəmə Erin Pattersomu ömürlük həbsə, 33 il şərtsiz cəzaçəkməyə məhkum edib. O, yalnız 2056-cı ildə – 82 yaşında – azadlığa buraxılmaq şansı əldə edə biləcək.

Məhkəmə prosesində qeyd olunub ki, Patterson artıq ölkədə “məşhur məhbus” statusu qazanıb və təhlükəsizliyi üçün digər məhbuslardan təcrid olunub. O, gününün ən azı 22 saatını təkadamlıq kamerada keçirir. Yeganə ünsiyyət qurduğu şəxs isə terrorçuluğa görə mühakimə olunmuş və həbsxanada dəfələrlə zorakı hərəkətlər etmiş bir məhbusdur.

Hakim vurğulayıb ki, Pattersonun cinayəti ilə bağlı artıq kitablar, sənədli filmlər və televiziya layihələri hazırlanır. Bu səbəbdən onun həbsxanada təhlükəsizliyi həmişə xüsusi diqqət tələb edəcək.

Məhkəmə zalında Erin Patterson demək olar ki, heç bir emosiyası ilə seçilməyib. O, çox vaxt gözlərini yumaraq və ya boşluğa baxaraq hökmü dinləyib. Təqsirləndirilən qadın hələ də özünü günahsız göstərməyə çalışır və zəhərli göbələkləri təsadüfən yeməyə qatdığını iddia edir. Lakin istintaqın nəticələri və məhkəmənin hökmü onun qəsdən qətl törətdiyini təsdiqləyib.

Qadın ifadəsində deyib ki, ərinin ailəsi onunla daim xoş davranıblar və çoxlu yaxşılıqlar ediblər. Avstraliya ictimaiyyəti bu dəhşətli hadisəni ailədaxili ən böyük xəyanətlərdən biri kimi qiymətləndirir. (musavat.com)

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Hövsanda əri tərəfindən qətlə yetirilən müəllim haqda TƏFƏRRÜAT

Hövsanda əri tərəfindən qətlə yetirilən müəllim haqda TƏFƏRRÜAT

Türkiyədə sahildə pilotsuz sualtı aparat tapıldı - FOTO

Türkiyədə sahildə pilotsuz sualtı aparat tapıldı - FOTO

41 yaşlı Ronaldo ilə sevgilisi haqqında İLGİNC İDDİA – Hər kəs onlardan DANIŞIR

41 yaşlı Ronaldo ilə sevgilisi haqqında İLGİNC İDDİA – Hər kəs onlardan DANIŞIR

İranlı qadın ölüm anını lentə altı – HƏSSAS VİDEO

İranlı qadın ölüm anını lentə altı – HƏSSAS VİDEO

Muğanlı-İsmayıllı yolunda sürüşmə olub

Muğanlı-İsmayıllı yolunda sürüşmə olub

Depressiyanın daha bir fəsadı MƏLUM OLDU

Depressiyanın daha bir fəsadı MƏLUM OLDU

Hacıbala Abutalıbov Bakıya QAYITDI

Hacıbala Abutalıbov Bakıya QAYITDI

ABŞ-də yaşayan Azərbaycan vətəndaşları üçün səyyar konsulluq xidməti təşkil edilib - FOTO

ABŞ-də yaşayan Azərbaycan vətəndaşları üçün səyyar konsulluq xidməti təşkil edilib - FOTO

İran hələ də sonuncu kartını əlində saxlayır - Bu, dünya üçün hansı təhlükə yaradır?

İran hələ də sonuncu kartını əlində saxlayır - Bu, dünya üçün hansı təhlükə yaradır?

Bu telefon modelini istifadə etmək təhlükəlidir

Bu telefon modelini istifadə etmək təhlükəlidir

Tramp İranla müharibəni dayandırmaq İSTƏYİR

Tramp İranla müharibəni dayandırmaq İSTƏYİR

Röyanın Gürcüstan konserti bu səbəbdən təxirə düşdü - VİDEO

Röyanın Gürcüstan konserti bu səbəbdən təxirə düşdü - VİDEO

21 yaşlı futbolçunu iş adamının oğlu öldürüb? - FOTO

21 yaşlı futbolçunu iş adamının oğlu öldürüb? - FOTO

Səhər yuxudan oyanan kimi bunu edin — Sağlam qalmaq üçün

Səhər yuxudan oyanan kimi bunu edin — Sağlam qalmaq üçün

“Napoli” səfərdə qalib gəldi - VİDEO

“Napoli” səfərdə qalib gəldi - VİDEO

Xərçəngin müalicəsində YENİ KƏŞF

Xərçəngin müalicəsində YENİ KƏŞF

Ukrayna vətəndaşlarının Avropa İttifaqı ölkələrinə girişi ÖDƏNİŞLİ olacaq

Ukrayna vətəndaşlarının Avropa İttifaqı ölkələrinə girişi ÖDƏNİŞLİ olacaq

Bakıdan bölgələrə ötən gün 14 minə yaxın sərnişin daşınıb

Bakıdan bölgələrə ötən gün 14 minə yaxın sərnişin daşınıb

Gəncədə PARTLAYIŞ - Xəsarət alan var

Gəncədə PARTLAYIŞ - Xəsarət alan var

Sabahın havası AÇIQLANDI

Sabahın havası AÇIQLANDI

BYD-ni 200-lə sürüb telefona çəkdi - ANBAAN VİDEO

BYD-ni 200-lə sürüb telefona çəkdi - ANBAAN VİDEO

“Mançester Yunayted” səfərdə xal itirdi - VİDEO

“Mançester Yunayted” səfərdə xal itirdi - VİDEO

Bakıda 80 yaşlı qadın maşınla qəbirləri dağıtdı — VİDEO

Bakıda 80 yaşlı qadın maşınla qəbirləri dağıtdı — VİDEO

ABŞ-nin məşhur aktyoru vəfat etdi

ABŞ-nin məşhur aktyoru vəfat etdi

End of content

No more pages to load

RADİO