ABŞ-də tanınmış siyasi aktivist və bloqer Çarli Kirk güllələnib.
Bizim.Media xəbər verir ki, Trampın tərəfdarı olan Kirkə qarşı sui-qəsd anının videosu sosial şəbəkələrdə yayılıb.
Aktivist “Utah Valley” Universitetinin kampusunda çıxışı zamanı güllələnib. O, ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Bizim.Media