İsrailin baş naziri Benyamin Netanyahu bəyan edib ki, ölkəsi Yəməndə “Ənsar Allah” hərəkatına bağlı üsyançı husilərin obyektlərinə hücumları davam etdirəcək.
Bizim.Media xəbər verir ki, o, bu barədə Yəmən ərazisinə endirilən yeni zərbələri şərh edərkən bildirib.
“Biz zərbələr endirməyə davam edəcəyik. Bizə atəş açan və hücum edən hər kəsi tapacağıq,” — deyə o vurğulayıb.
Netanyahu həmçinin Qətər hakimiyyətini “terrorçuları gizlətməkdə” ittiham edib və bu işlə məşğul olan bütün ölkələri terrorçuları ya ölkədən çıxarmağa, ya da məhkəməyə cəlb etməyə çağırıb.
Bizim.Media