Dmitri Peskov Polşanın dronlara görə Rusiyaya qarşı ittihamlarını qiymətləndirməkdən imtina edib.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Polşada vurulan pilotsuz təyyarələrin Rusiya mənşəli olması ilə bağlı yayılan xəbərləri şərh etməkdən imtina edib.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya mətbuatı yazıb.
O qeyd edib ki, Rusiya Müdafiə Nazirliyi müvafiq qiymət vermək səlahiyyətinə malikdir.
"Bilirsiniz, indiki halda biz bunu heç bir şəkildə şərh etmək istəməzdik, çünki bu, bizim deyil, Rusiya Müdafiə Nazirliyinin səlahiyyətindədir", - Peskov konfrans zamanı aydınlıq gətirib.
Bizim.Media