Moskva danışıqlarda hələ hərbi qüvvə ilə ələ keçirmədiyi təxminən 6 000 kvadrat kilometr ərazinin Ukraynadan verilməsini tələb edir.
Bizim.Media xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti Cey Di Vens deyib.
Ehtimal olunur ki, söhbət Donetsk vilayətinin şimal-qərbindən gedir, burada Ukrayna Silahlı Qüvvələrinin nəzarətində olan ərazi 7 min kvadrat kilometrdən azdır.
Vens bildirib ki, danışıqlar iki məsələyə – ərazi və təhlükəsizlik zəmanətlərinə – qədər daralıb:
“Rusiya bu əraziləri istəyir, Ukrayna isə razılaşma halında Moskvanın bir neçə ay və ya il sonra yeni tələblərlə qayıtmayacağına zəmanət tələb edir”.
Bizim.Media