Gecə ərzində Polşanın hava məkanı 19 dəfə pozulub, dronların əhəmiyyətli hissəsi Belarusdan daxil olub.
Bizim.Media xəbər verir ki, bunu Polşanın Baş naziri Donald Tusk bildirib.
Eyni zamanda, NATO-nun ali baş komandanı, ABŞ Hərbi Hava Qüvvələrinin generalı Aleksey Qrinkeviç bildirib ki, Alyans “situasiyaya sürətli və qətiyyətli reaksiya verib, müttəfiqlərin ərazilərini qorumaq qabiliyyətini və iradəsini nümayiş etdirib”.
O əlavə edib ki, bu, NATO təyyarələrinin müttəfiqlərin hava məkanında potensial təhlükə ilə ilk dəfə qarşılaşdığı hal olub.
Bizim.Media