Nepalda baş verən iğtişaşlar nəticəsində ölənlərin sayı 22-yə, xəsarət alanların sayı isə 500-ə çatıb.
Bizim.Media yerli mediaya istinadən xəbər verir ki, etirazçılar ölkənin xarici işlər naziri Arzu Rana Deubanın iqamətgahına hücum edərək ona xəsarət yetiriblər.
Bundan əlavə, maliyyə naziri Bişnu Prasad Paudel də etirazçılar tərəfindən küçədə döyülüb.
Xatırladaq ki, Nepalda hökumətin “Facebook”, “X” və “YouTube” daxil olmaqla 26 sosial media platformasını bloklamaq qərarına görə, etirazçılarla polis toqquşub.
Bizim.Media