ABŞ-ın sabiq dövlət başçısı Donald Tramp 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirak edəcək.
Bizim.Media xəbər verir ki, belə bir açıqlama ilə o, “Fox News” telekanalının efirində çıxış edib.
Ağ Evin keçmiş başçısı jurnalist sualın bu barədə qərar edib-etməməsi barədə sualına “bəli”, - cavabını verib. O, təfərrüatları açıqlamayıb.
Qeyd edək ki, daha əvvəl Amerika tarixçiləri Trampı ölkənin bütün tarixi ərzində ən pis prezidentlərdən biri adlandırıblar.
Tarixçilər onun mənəvi keyfiyyətlərini və inzibati bacarığını xüsusilə aşağı qiymətləndiriblər.
Bizim.Media