Aktrisa Hafsanur Sancaktutan açıqlaması ilə gündəmə gəlib.
Bizim.Media xəbər verir ki, aktrisa sosial şəbəkədə babası tərəfindən təcavüzə məruz qaldığını etiraf edib:
"Etiraf edirəm, babam tərəfindən təcavüzə uğramışam. Pedofil bir adamın nəvəsi olmuşam. Qohumlarım, qonşularım, iş yoldaşlarım tərəfindən pis rəftar görmüşəm. Utanmırıq, qorxmuruq, tək olmadığımızı bilirik. Qızlar, susmayın!", - deyə aktrisa yazıb.
Qeyd edək ki, "Elmalı davası" kimi bilinən hadisə- 7 və 9 yaşlı qızını ögey atası ilə birgə satan ananın sərbəst qalmağından sonra sosial şəbəkədə məşhurlar etirazlarını bildirməyə başlayıblar.
Bizim.Media
