“Gürcü Arzusu” fraksiyasının deputatı Beka Odişariya Kaxa Kaladzenin seçki qərargahının açılış mərasiminə sərxoş vəziyyətdə gəlib.
Bizim.Media xəbər verir ki, bu barədə görüntülər Telegram kanallarında yer alıb.
Hadisə şahidlərinin sözlərinə görə, o, ayaq üstə güclə dayanırmış. Ondan bu vəziyyətin səbəbini soruşanda isə kobud söyüşlə cavab verib.
Deputatı polis müşayiət edib.
Bizim.Media