Gələn həftə ABŞ-ın müxtəlif dairələrindən nümayəndələr Ermənistana səfər edəcək. Səfərin məqsədi “Tramp Marşrutu” (TRIPP) layihəsi (Zəngəzur dəhlizi) üzrə danışıqlar aparmaqdır.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı erməni KİV-I yayıb.
Məlumata görə, amerikalı nümayəndələr layihənin yalnız texniki tərəflərini deyil, həm də siyasi məqamlarını müzakirə edəcəklər. Gündəliyə investisiyalar, prioritetlər və tikinti işlərinin başlanma müddətləri daxildir.
Danışıqlar qapalı formatda keçiriləcək. KİV-in qeyd etdiyinə görə, qəbul olunacaq qərarlar regionda yeni logistik reallığın formalaşmasına birbaşa təsir göstərə bilər.
Məsləhətləşmələr, Cənubi Qafqazın nəqliyyat və ticarət arxitekturasını dəyişdirə biləcək bu strateji layihənin gələcəyini müəyyənləşdirmək baxımından mühüm mərhələ hesab olunur.
Bizim.Media