Xəbər verdiyimiz kimi, bu gün Çinin paytaxtı Pekində genişmiqyaslı hərbi parad keçirilib.
Tiananmen meydanında baş tutan tədbiri 20-dən çox dövlət və hökumət başçısı izləyib.
Bizim.Media xəbər verir ki, paradı izləyənlər arasında İran Prezidenti Məsud Pezeşkian da olub.
O, tədbirə qızı Zəhra ilə qatılıb. Paradın əvvəlində Çin Sədri Si Cinpin həyat yoldaşı Pen Liyuan ilə qonaqları qarşılayıb.
M.Pezeşkianla qızının qarşılanması isə maraqlı anla yadda qalıb.
Belə ki, S.Cinpinlə əl sıxaraq görüşən M.Pezeşkian dini qaydalara əsasən qadınla əllə görüşməyərək kənardan salamlaşıb.
Bizim.Media