Rusiya hərbçiləri Xarkov vilayətinin Kupyansk şəhərinin yarısını nəzarətə götürüblər.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi görüntülər yayıb.
Məlumata əsasən, yayımlanan videogörüntülərdə Rusiya Ordusunun əsgərləri Kupyanskın mərkəzində, həmçinin şəhərin əsas inzibati və sənaye obyektləri yaxınlığında – şəhər administrasiyası, “Spartak” stadionu, elektrik yarımstansiyası və televiziya qülləsi ətrafında yerləşiblər.
Qeyd edək ki, uzun müddətdir Kupyansk uğrunda gərgin döyüşlər davam edir.
Bizim.Media