Rusiya ordusu bu gecə Sumı şəhərinə zərbə endirib. Bir uşaq xəsarət alıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Ukraynanın Fövqəladə Hallar Dövlət Xidməti (FHDX) yayıb.
Mənbə qeyd edir ki, partlayış dalğası nəticəsində çoxmənzilli yaşayış binaları zədələnib.
Yaşayış üçün nəzərdə tutulmayan binada iri miqyaslı yanğın baş verib. Yanğının söndürülməsi zamanı xilasedicilər təkrar düşmən hücumları təhlükəsi səbəbindən işləri müvəqqəti dayandırmaq məcburiyyətində qalıblar.
Hazırda yanğın tamamilə söndürülüb.
Bizim.Media