Rusiya Prezidenti Vladimir Putin iranlı həmkarı Məsud Pezeşkianla görüşüb.
Bizim.Media xəbər verir ki, görüş Putinin Tiencin şəhərində qaldığı “Ritz-Carlton” mehmanxanasında ŞƏT-in sammitində tədbirlər başa çatdıqdan sonra baş tutub.
Məlumata görə, Rusiya tərəfdən nümayəndə heyətinə Rusiya xarici işlər naziri Sergey Lavrov, baş nazirin müavini Aleksey Overçuk, administrasiya rəhbərinin müavini Maksim Oreşkin, həmçinin prezidentin mətbuat katibi Dmitri Peskov və prezidentin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov daxildir.
Bizim.Media