Xəbər verdiyimiz kimi, avqustun 27-dən 28-nə keçən gecə Rusiyanın bir neçə regionunda güclü partlayışlar eşidilib. Hücumların əsas hədəfi yenidən neftayırma zavodları olub.
Bizim.Media “Monitorinq” teleqram kanalına istinadla xəbər verir ki, Samara vilayətində yerləşən Kuybışevski neft emalı zavodunda da partlayış qeydə alınıb.
Məlumata görə, Samara bölgəsində hücum ərəfəsində hava limanında təyyarələrin qəbul və buraxılışına, həmçinin mobil internetin fəaliyyətinə məhdudiyyətlər tətbiq olunub. Bir müddət sonra Novokuybışevsk şəhərində güclü partlayışlar baş verib və neftayırma zavodunun ərazisində iri miqyaslı yanğın başlayıb.
Qeyd edək ki, Kuybışevski NEZ illik neft emalı gücü 7,9–8,8 milyon ton təşkil edir və bu zavod Rusiyada öz seqmentində ən iri müəssisələrdən biri sayılır.
Bizim.Media