Xəbər verdiyimiz kimi, Rusiya Silahlı Qüvvələri bu gecə Ukraynanın paytaxtı Kiyev şəhərinə zərbələr endirib.
Bizim.Media xəbər verir ki, raket hücumunun görüntüləri “telegram” kanallarında yayılıb.
Məlumata görə, hücumlar nəticəsində paytaxt Kiyevdə 2-si uşaq olmaqla 4 nəfər ölüb, azı 22 nəfər yaralanıb.
Kiyevin 20-dən çox nöqtəsində yanğınlar qeydə alınıb. Bundan əlavə, raket zərbəsi nəticəsində 5 mərtəbəli bina dağılıb. Dağıntıların altında insanlarınn olduğu bildirilir.
Bizim.Media