ABŞ Prezidentİ Donald Tramp Ağ Ev də daxil olmaqla, ölkə ərazisində bütün bayraqların avqustun 31-dək yarıya qədər endirilməsini əmr edib.
Bizim.Media xəbər verir ki, buna səbəb bu gün ölkənin Minnesota ştatının Minneapolis şəhərində katolik məktəbdə baş vermiş terror aktı olub.
Bununla yanaşı ABŞ-nin xarici ölkələrdəki səfirlik və konsulluqlarında da bayraqlar yarıyadək endirilib.
Qeyd edək ki, silahlı hücum zamanı 8 və 10 yaşlı 2 şagird ölüb, 14-ü uşaq olmaqla 17 nəfər xəsarət alıb.
Bizim.Media