Daha iki ölkə Ukraynanı HƏDƏF ALDI – Kiyev yeni hücum təhlükəsilə ÜZ-ÜZƏ

Ukraynanın Macarıstanla yanaşı Polşa ilə diplomatik münasibətlərində də son günlər müəyyən gərginliklər yaşanmaqdadır.

Macarıstanın xarici işlər naziri Peter Siyarto “Drujba” neft kəmərinə endirilən zərbələr fonunda Kiyevi günahlandıraraq, enerji təhlükəsizliyinə qəsdi suverenliyə qəsd kimi qiymətləndirib.

Siyarto ardınca Zelenskiyə ünvanladığı mesajında Budapeştə qarşı hədələri dayandırmağa çağırıb.

Xatırladaq ki, 13, 18 və 21 avqust tarixlərində Rusiyadan Macarıstana neft nəql edən “Dostluq” kəmərinə hücumlar edilib. Rəsmi Budapeşt sözügedən hücumlara görə, Kiyevi ittiham edərək, bu cür addımların qəbuledilməz olduğunu bildirib.

Banderizm yoxsa nasizm?
 

Ukraynanın Müstəqillik Günü münasibətilə Kiyevə təbrik məktubu ünvanlamayan Polşa Prezidenti Karol Navrotski ondan bir gün sonra qalmaqallı bəyanatla çıxış edərək, banderizmin Cinayət Məcəlləsində alman nasizminə bərabərləşdirilməsini təklif edib.


O bildirib ki, Polşa–Ukrayna münasibətlərini tərəfdaşlıq əsasında qurmaq, eyni zamanda “rus təbliğatını neytrallaşdırmaq” üçün qanun layihəsinə “stop banderizm” bəndi əlavə olunmalıdır.

Banderizm də alman nasizmi kimi insanlıq əleyhinə ideologiyadır və hüquqi müstəvidə eyni kateqoriyada tanınmalıdır”, – deyə Navrotski bildirib. Navrotski həmçinin işsiz ukraynalılara sosial ödənişləri nəzərdə tutan qanuna veto qoyub.
 

Navrotskinin bu açıqlamaları Ukraynada kəskin etirazla qarşılanıb. “Avropa həmrəyliyi” fraksiyasının deputatı Vladimir Vyatroviç bəyan edib ki, Navrotskinin mövqeyi əslində Rusiyanın ritorikasına uyğun gəlir.


Bundan başqa Polşa, Macarıstan, hətta Rumıniyanın Ukraynaya qarşı ərazi iddiaları mövcuddur. Bu mənada görəsən, sözügedən ölkələr Kiyevin zəifləməsindən öz xeyirlərinə istifadə edə bilərlərmi?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Arzuxan Əlizadə bildirir ki, Polşa, Macarıstan və Rumıniyanın Ukraynaya müəyyən ərazi iddiaları olub və belə yanaşma postmüharibə dövründə də davam edəcək:

“Macarıstan baş naziri Rusiya-Ukrayna müharibəsində faktiki olaraq Moskvanın yanaşmasını dəstəkləyən mövqe sərgiləyib. Budapeşt mütəmadi olaraq iddia edir ki, Ukraynada baş verən proseslərin kökündə Kiyevin yanlış siyasəti dayanır. Bununla Budapeşt faktiki olaraq Rusiyaya dəstək nümayiş etdirir”.

Deputat qeyd edir ki, anoloji gərginlik ara-sıra Kiyevlə Polşa arasında da yaşanır:
 

“Tarixdən məlumdur ki, Polşanın Ukraynaya ərazi iddiaları olub və bu yanaşmanın gələcəkdə də olacağı istisna edilmir. Sadəcə olaraq, Polşa Avropa ölkələrilə birlikdə Rusiya işğalına qarşı mövqe sərgiləyir. Bu kontekstdə də Kiyevə dəstək nümayiş etdirir. Ukraynalı qaçqınların mühüm hissəsi məhz Polşada yerləşib.


Varşava ilə Kiyev arasında gərginlik Polşa tərəfinin Ukraynanı verdiyi dəstək müqabilində nankorluqda ittiham etməsilə yarandı. Məsələ Ukraynanın Varşavadakı səfirinin Polşa XİN-nə çağırılması həddinə qədər gəlib çatdı. Ona Polşanın dəstəyinin Kiyev tərəfindən lazımınca qiymətləndirilmədiyi bildirildi. Ukrayna da öz növbəsində fərqli mövqe sərgiləyərək, Polşanın verdiyi dəstəyi yüksək qiymətləndirdiyini bəyan etdi.
 

Polşa Prezidentinin birdən-birə banderizmi faşizmlə eyniləşdirməsi də öz növbəsində münasibətlərə müəyyən soyuqluq gətirəcək. Amma buna rəğmən Varşava Ukrayna Rusiya müharibəsində əvvəlki mövqeyini də sərgiləməkdə davam edəcək.


Bütün hallarda Polşa, Macarıstan və Rumıniyanın Ukraynaya müəyyən ərazi iddiaları olub və bu yanaşmanın postmüharibə dövründə davam edəcəyi də istisna deyil”.

Rüfət Sultan, Bizim.Media   

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Lion" heyətində çıxış etməyən oyunçu üçün cərimə ödəyəcək

"Lion" heyətində çıxış etməyən oyunçu üçün cərimə ödəyəcək

Zeytun yağı yaddaşı qoruyur və beyin qocalmasını ləngidir - ARAŞDIRMA

Zeytun yağı yaddaşı qoruyur və beyin qocalmasını ləngidir - ARAŞDIRMA

İran Fars körfəzi ölkələrinə İsraildən daha çox zərbə endirir - KİV

İran Fars körfəzi ölkələrinə İsraildən daha çox zərbə endirir - KİV

Aynişan özünə ad günü keçirdi - VİDEO

Aynişan özünə ad günü keçirdi - VİDEO

İsmayıllıda EV YANDI

İsmayıllıda EV YANDI

Mahir Emreli keçmiş komandasına qarşı oynadı

Mahir Emreli keçmiş komandasına qarşı oynadı

“Pərvanə müəllim övladları ilə təhdid olunub, saatlarla evə dustaq edilib” - VİDEO

“Pərvanə müəllim övladları ilə təhdid olunub, saatlarla evə dustaq edilib” - VİDEO

Sumqayıtdakı partlayışda xəsarət alanların SON VƏZİYYƏTİ

Sumqayıtdakı partlayışda xəsarət alanların SON VƏZİYYƏTİ

ABŞ-a məxsus dəniz pilotsuz aparatı Türkiyə sahillərinə çıxıb - VİDEO

ABŞ-a məxsus dəniz pilotsuz aparatı Türkiyə sahillərinə çıxıb - VİDEO

İkinci əl avtomobil alarkən nələrə diqqət etmək lazımdır? - VİDEO

İkinci əl avtomobil alarkən nələrə diqqət etmək lazımdır? - VİDEO

"Çelsi" və "Strasburq" azarkeşləri birgə etiraz aksiyası keçirəcəklər

"Çelsi" və "Strasburq" azarkeşləri birgə etiraz aksiyası keçirəcəklər

Səudiyyə Ərəbistanı üzərində hava hücumu DƏF EDİLDİ: Yunanıstan İran raketlərini vurdu

Səudiyyə Ərəbistanı üzərində hava hücumu DƏF EDİLDİ: Yunanıstan İran raketlərini vurdu

Qədim adət-ənənələrimizi qoruyub saxlayan kənd - Qaratalada Novruz - FOTO/VİDEO

Qədim adət-ənənələrimizi qoruyub saxlayan kənd - Qaratalada Novruz - FOTO/VİDEO

Sumqayıtda Novruz tonqalı yandırılarkən partlayış olub, 10 nəfər xəsarət alıb - VİDEO

Sumqayıtda Novruz tonqalı yandırılarkən partlayış olub, 10 nəfər xəsarət alıb - VİDEO

Dostları bayramda Azəri unutmadılar - VİDEO

Dostları bayramda Azəri unutmadılar - VİDEO

Qaxda hamamda 54 yaşlı kişinin meyiti AŞKARLANDI

Qaxda hamamda 54 yaşlı kişinin meyiti AŞKARLANDI

Zəngilan və Cəbrayılda Novruz festivalı və yarmarka baş tutdu - FOTO/VİDEO

Zəngilan və Cəbrayılda Novruz festivalı və yarmarka baş tutdu - FOTO/VİDEO

İran İsraili raket atəşinə tutur, mülki şəxslərdən xəsarət alanlar var - VİDEO

İran İsraili raket atəşinə tutur, mülki şəxslərdən xəsarət alanlar var - VİDEO

Ekitike sıradan çıxdı, milliyə qoşula bilməyəcək

Ekitike sıradan çıxdı, milliyə qoşula bilməyəcək

Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş

Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş

Zelenski Rusiyada teleqram qadağasını LAĞA QOYDU: “Teleqrafa, hətta atlara keçəcəklər”

Zelenski Rusiyada teleqram qadağasını LAĞA QOYDU: “Teleqrafa, hətta atlara keçəcəklər”

"Tottenhem" 5 penalti qaytaran qapıçıya göz dikdi

"Tottenhem" 5 penalti qaytaran qapıçıya göz dikdi

Oğuzda 37 yaşlı kişi bıçaqlandı - 68 yaşlı atası saxlanıldı

Oğuzda 37 yaşlı kişi bıçaqlandı - 68 yaşlı atası saxlanıldı

İran ən yüksək əskinasını dövriyyəyə buraxdı

İran ən yüksək əskinasını dövriyyəyə buraxdı

End of content

No more pages to load

RADİO