Trampdan Avropanı qorxuya salan ADDIM – “Köhnə qitəni müharibələr bürüyə bilər”

ABŞ Prezidenti Donald Tramp son zamanlar Avropa dövlətlərini də sıxışdırmağa başlayıb.

Belə ki, ABŞ lideri bir müddət əvvəl Vaşinqtonda öz şərtlərini diktə etməklə Avropa İttifaqı ölkələrinə 15 faizlik tarif rüsumları tətbiq etdi. Aİ isə buna münasibətdə ABŞ-a qarşı heç bir addım ata bilmədi.

İndi isə Vaşinqton Aİ-yə qarşı sanksiyalara hazırlaşır.

Belə ki, məlumatlara görə ABŞ prezidenti Donald Tramp administrasiyası Avropa İttifaqı və ya ayrı-ayrı Avropa ölkələrinin rəsmilərinə qarşı sanksiyaların tətbiqini nəzərdən keçirir. Buna səbəb kimi həmin şəxslərin Aİ-nin “Rəqəmsal xidmətlər haqqında” qanununu (Digital Services Act, DSA) həyata keçirməsi göstərilir. ABŞ hesab edir ki, sözügedən qanun söz azadlığını məhdudlaşdırır və Amerika texnologiya şirkətlərinə əlavə xərclər yaradır.

Düzdür, hələlik bu istiqamətdə yekun qərar verilməyib, habelə hansı konkret tədbirlərin görüləcəyi və mümkün sanksiyaların kimləri əhatə edəcəyi də dəqiq deyil.

Amma görünən odur ki, Tramp Avropaya qarşı növbəti həmləyə hazırlaşır.

Avropa bu günə qədər mövcudluğuna, ərazidə sabitliyin olmasına görə ABŞ-a borcludur. İkinci Dünya Müharibəsindən sonra məhz ABŞ-ın dəstəyi sayəsində Avropa inkişafa nail olub. İndi isə ABŞ Avropa ilə əməkdaşlıqda ədalətlilik, bərabərlik prinsipinin təmin olunmasını tələb edir. Hansı ki, 80 ilə yaxındır ABŞ-ın qayğısını görən Avropa ölkələri üçün bütün bunlar gözlənilməz olmaqla yanaşı, onları çətin vəziyyətə salıb.

Bütün bunlar isə “köhnə qitə”nin çöküşünü gündəmə gətirir.

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov bildirdi ki, ABŞ Prezidenti Donald Trampın xarici siyasət kursunda praqmatizm əsas rol oynayır:

“Bu isə ilk növbədə ABŞ-ın maraqlarının təmin edilməsinə yönəlik siyasətdir. Trampın mövqeyinə görə son 80 ildə ABŞ təmənnasız olaraq Avropanın təhlükəsiziyini təmin edib. Avropa isə bunun müqabilində Çindən ABŞ-la müqayisədə daha çox mal idxal edir. Buna baxmayaraq, “köhnə qitə” təhlükəsizlik zəmanətini ABŞ-dan tələb edir.

NATO-nun 32 ölkəsi olsa da, 31 ölkə qurumun büdcəsinin cəmi 20 faizini verir. Yerdə qalan 80 faiz isə ABŞ-ın hesabına təmin edilir. Tramp adminstrasiyası isə bunu ədalətsizlik hesab edərək, Avropadan həmin yanaşmanın dəyişdirilməsini tələb edir. Nəticədə Avropa ümumi daxili məhsulun 5 faizini hərbi büdcəyə ayırmağa məcbur oldu”.

Deputat xatırladır ki, Tramp adminstrasiyası eyni yanaşmanı, iqtisadi məsələlərlə əlaqədar olaraq da həyata keçirir:

“ABŞ dünyanın əksər dövlətlərinə qarşı rüsum siyasəti həyata keçirir. Tramp Avropadakı müttəfiqlərinə qarşı da bu siyasəti həyata keçirib, onlara münasibətdə 15 faizlik rüsum tətbiq edilib.  Vaşinqton indi də Avropa ölkələrinin ayrı-ayrı məsul rəsmilərinə qarşı sanksiyalar rejimini də tətbiq edir.

Bu siyasətin qarşısında Avropa ölkələri aciz qalaraq vəziyyətlə barışmalı olurlar. ABŞ-ın indiki rəhbərliyinin mövqeyi odur ki, münasibətlər ədalətli olmalıdır. Yəni bir tərəfin ancaq dəstək verməsi, digərlərinin isə bundan istifadə etməsi ənənəsinə artıq son qoyulur. Məsələn, Bayden adminstrasiyasından fərqli olaraq Tramp hökuməti Ukraynaya silah-sursatı havayı deyil, pulla verir. Bu fonda da Ukraynanı müdafiə edən Avropa ölkələri həmin vəsaitləri ödəməlidirlər. Tramp məhz bu cür praqmatik siyasət həyata keçirir”.

Deputat qeyd edir ki, belə yanaşma fonunda Avropa ölkələrində çaşqınlıq yaşanır:

“Nə qədər ki, ABŞ Avropadadır, onların səsi çıxmır. Amerika qoşunları Avropanı tərk etsə, “köhnə qitə”ni nifaq davaları və ərazilər uğrunda müharibələr bürüyəcək.

Avropada ABŞ-ın yüz minlik qoşunu var. Vaşinqton həmin qoşunları Avropadan çıxarsa, habelə ABŞ NATO-dan çıxsa, birmənalı şəkildə Avropada yerləşən ölkələr bir-birilə müharibəyə başlayacaqlar. İndi müdafiə etdikləri Ukrayna ilə bağlı Polşa, Rumıniya və Macarıstanın öz ərazi iddiaları var. Habelə, rumınlarla macarların bir-birinə qarşı torpaq iddiaları var. Almaniya ilə Fransa arasında da ənənəvi torpaq iddiaları mövcuddur. Bu mənada mövcud stabilliyə görə onlar Avropada mövcud olan ABŞ-a təşəkkür etməlidirlər.

Fövqəldövlət o qədər güclüdür ki, onun Avropa üzrə müttəfiqlərinin Trampın mövqeyilə barışmaqdan başqa çarələri qalmayacaq. Əks təqdirdə Avropanı müharibələr bürüyəcək və qitə çöküşlə üz-üzə qalacaq”.  

Rüfət Sultan, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakıda Azərbaycan-Türkiyə Birgə Hökumətlərarası Komissiyasının iclası KEÇİRİLDİ - FOTO

Bakıda Azərbaycan-Türkiyə Birgə Hökumətlərarası Komissiyasının iclası KEÇİRİLDİ - FOTO

Azərbaycandan İsrailə pul köçürmələri ARTIB

Azərbaycandan İsrailə pul köçürmələri ARTIB

Daha bir “işə düzəltmək” fırıldağı - Qadın TUTULDU

Daha bir “işə düzəltmək” fırıldağı - Qadın TUTULDU

“Partizani”dən həmyerlimizə yeni müqavilə TƏKLİFİ

“Partizani”dən həmyerlimizə yeni müqavilə TƏKLİFİ

Efiopiya–Somali müharibəsində iştirak etmiş AZƏRBAYCANLI – Rafiq İsmayılov KİMDİR?

Efiopiya–Somali müharibəsində iştirak etmiş AZƏRBAYCANLI – Rafiq İsmayılov KİMDİR?

Bakcell “Media Savadlılığı” Konfransının innovasiya tərəfdaşıdır

Bakcell “Media Savadlılığı” Konfransının innovasiya tərəfdaşıdır

Avtomobilini saxlayıb marketə getdi, qayıdanda maşını tapmadı - Bakıda OĞURLUQ

Avtomobilini saxlayıb marketə getdi, qayıdanda maşını tapmadı - Bakıda OĞURLUQ

Azərbaycanda vergi güzəşti bu sahəyə aid olmayacaq – RƏSMİ

Azərbaycanda vergi güzəşti bu sahəyə aid olmayacaq – RƏSMİ

Lukaşenkonun MDB liderlərinin görüşündə bığlarını daraması gündəm oldu – VİDEO

Lukaşenkonun MDB liderlərinin görüşündə bığlarını daraması gündəm oldu – VİDEO

Yuxusuzluqla mübarizənin sadə yolu: Qaranlıqda duş alın

Yuxusuzluqla mübarizənin sadə yolu: Qaranlıqda duş alın

Bayram öncəsi TƏHLÜKƏ – Uşaqlar “zırpaket’ləri necə alıb-satırlar?

Bayram öncəsi TƏHLÜKƏ – Uşaqlar “zırpaket’ləri necə alıb-satırlar?

Bakıda xəstəxanadan oğurluq edildi – Saxlanılan var

Bakıda xəstəxanadan oğurluq edildi – Saxlanılan var

Türkiyə klubları “Neftçi”nin qapıçısı ilə MARAQLANIR

Türkiyə klubları “Neftçi”nin qapıçısı ilə MARAQLANIR

Qripdən qorunmağın təsirli YOLLARI

Qripdən qorunmağın təsirli YOLLARI

Qusarda şəhid ailələri və qazilərin övladlarına Yeni il SÜRPRİZİ – FOTO

Qusarda şəhid ailələri və qazilərin övladlarına Yeni il SÜRPRİZİ – FOTO

Azərbaycanlı pilot tarixə düşdü – FOTO

Azərbaycanlı pilot tarixə düşdü – FOTO

Mədəni dəyişiklik: yeni nəsil multisensor təcrübəni seçir – VİDEO

Mədəni dəyişiklik: yeni nəsil multisensor təcrübəni seçir – VİDEO

Rüstəm Minnixanovdan İlham Əliyevə MƏKTUB

Rüstəm Minnixanovdan İlham Əliyevə MƏKTUB

AHİK: Yeni il hədiyyələri ilə bağlı yayılan iddialar reallığı əks etdirmir

AHİK: Yeni il hədiyyələri ilə bağlı yayılan iddialar reallığı əks etdirmir

Bakı-Sumqayıt yolundakı tıxacın səbəbi BİLİNDİ – VİDEO

Bakı-Sumqayıt yolundakı tıxacın səbəbi BİLİNDİ – VİDEO

13 yaşlı qız evli qohumundan hamilə qaldı - Ailəsi şikayətçi olmadı...

13 yaşlı qız evli qohumundan hamilə qaldı - Ailəsi şikayətçi olmadı...

Əhməd İsmayılov: “Media savadlılığının artırılması məqsədilə ardıcıl tədbirlər keçirilir”

Əhməd İsmayılov: “Media savadlılığının artırılması məqsədilə ardıcıl tədbirlər keçirilir”

Mehriban Qasımova və Bəşir Əliyev yüksək vəzifəyə TƏYİN EDİLDİ

Mehriban Qasımova və Bəşir Əliyev yüksək vəzifəyə TƏYİN EDİLDİ

2026-cı ilin qışı belə keçəcək - Bakıda dayanmadan qar, şaxta...

2026-cı ilin qışı belə keçəcək - Bakıda dayanmadan qar, şaxta...

End of content

No more pages to load

RADİO