Politoloq Sergey Markov Rusiyadan getmək niyyətində deyil.
Bizim.Media “gazeta.ru”ya istinadla xəbər verir ki, bu barədə politoloq özü məlumat verib.
Markov bildirib ki, heç yerə köçməyəcək, çünki Rusiya onun sevimli ölkəsidir və o, hər zaman Rusiyada qalacaq.
Politoloq vurğulayıb ki, Rusiya hakimiyyətinin bütün addımlarını legitim sayır, ölkə prezidentinin siyasətini dəstəkləyir, dövlətə qarşı məhkəməyə müraciət etmək fikrində deyil və üzərindən “xarici agent” statusunun götürüləcəyinə ümid edir.
Xatırladaq ki, avqustun 22-də Rusiya Ədliyyə Nazirliyi Markovu “xarici agentlər” reyestrinə daxil edib. Politoloq isə adının siyahıya salınmasından xəbərsiz olduğunu, bunun səhv ola biləcəyini açıqlamışdı.
Bizim.Media