Moskvada saxlanılan erməni bloger Arsen Markaryan 2 ay müddətinə həbs edilib.
Bizim.Media xəbər verir ki, bu barədə Moskvanın Taqanski Məhkəməsi qərar verib.
Onu 2 milyondan 5 milyon rubla qədər cərimə və ya 5 ilə qədər həbs cəzası gözləyir.
Qeyd edək ki, Markaryan Rusiya Cinayət Məcəlləsinin 354.1-ci maddəsinin 4-cü bəndi ilə (Vətən müdafiəçilərinin xatirəsini təhqir etmə, kütləvi informasiya vasitələrindən və ya internet də daxil olmaqla informasiya-kommunikasiya şəbəkələrindən istifadə etməklə törədildikdə) nəzərdə tutulan cinayətdə ittiham olunur.
Bizim.Media