Qəzza sektorunda aclıqdan artıq 289 nəfər ölüb.
Bizim.Media xəbər verir ki, bu barədə anklavın Səhiyyə Nazirliyi məlumat yayıb.
Qurumun məlumatına görə, son sutkada qida çatışmazlığından daha 8 nəfər dünyasını dəyişib.
Bundan bir gün əvvəl BMT ilk dəfə olaraq Qəzzada fəlakətli aclığı təsdiqləmişdi.
Qeyd edək ki, sektordakı vəziyyət ərzaq təhlükəsizliyi şkalası (IPC) üzrə beşinci – ən ağır səviyyəyə çatıb. Bu kateqoriya üç kritik göstəriciyə əsasən verilir: ərzağın kəskin çatışmazlığı, ağır qidalanma çatışmazlığı və aclıqdan ölüm halları.
Bizim.Media