Belarus Prezidenti Aleksandr Lukaşenko Trampın Putinlə Alyaskadakı görüşündən əvvəl ona verdiyi məsləhəti açıqlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə Lukaşenko jurnalistlərə açıqlamasında danışıb:
“Mən ona dedim: Donald, sən ona təzyiq göstərməyi düşünmə, sadəcə onunla danış, o normal, vicdanlı insandır. Mən əminəm ki, siz razılığa gələcəksiniz”.
Tramp isə mənə dedi: “Allah qoysa. Baxarıq, bir neçə saatdan sonra biləcəksən, razılaşdıq, ya yox”.
Bizim.Media