İtaliyanın Fransadakı səfiri ölkə XİN-ə çağırılıb.
Bizim.Media xəbər verir ki, bu barədə Fransa XİN məlumat yayıb.
Bundan əvvəl İtaliyanın vitse-premyeri Matteo Salvini italyan hərbçilərinin Ukraynaya göndərilməsi imkanını rədd edib və bunun əvəzində Fransa prezidenti Emmanuel Makronun ora göndərilməsini təklif edib.
Fransa tərəfi italyan diplomata xatırladıb ki, bu cür bəyanatlar iki ölkə arasında etimad mühitinə ziddir.
Bizim.Media