Varşava Ukraynaya hərbçi göndərməyə hazırlaşmır.
Bizim.Media xəbər verir ki, bu barədə Polşa hökumətinin mətbuat katibi Adam Şlapka məlumat verib.
Onun sözlərinə görə, Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin işlənib hazırlanması hələlik qeyri-müəyyən bəyanatlar səviyyəsindədir.
“Biz anlayırıq ki, Ukraynada dayanıqlı sülhün təmin olunması üçün Kiyevə bu zəmanətlər lazımdır. Ukraynaya, məsələn, maliyyə dəstəyi kimi yardımın detalları isə hələ həllini tapmalı məsələdir. Amma Varşava bəzi Kiyev müttəfiqlərinin buna hazır olmasına baxmayaraq, Ukraynaya hərbçi göndərmək niyyətində deyil”, — deyə Şlapka vurğulayıb.
Bizim.Media