Soydaşlarımıza və SOCAR-a qarşı sistemli HÜCUMLAR – Rusiyanın hitlerizm siyasəti daha da RADİKALLAŞIR – TƏHLİL

Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus neft bazası avqustun 17-dən 18-nə keçən gecə Odessa vilayətində “Şahed” tipli pilotsuz uçuş aparatlarının kütləvi hücumuna məruz qalıb. 
 

MÖVZU İLƏ BAĞLI:

SOCAR-ın Ukraynadakı neft bazası Rusiyanın hücumundan sonra... – ANBAAN VİDEO


Zərbələr nəticəsində irimiqyaslı yanğın baş verib. Bazadakı bütün 17 yanacaq çəni, nasos stansiyası, operator və çəki otaqları, həmçinin texniki tikililər zədələnib.

Bu ilk hücum deyil…

Qeyd edək ki, daha əvvəl avqustun 6-da Rusiya Odessa vilayətində yerləşən “Orlovka” kompressor stansiyasına zərbə endirmişdi. Bu infrastruktur vasitəsilə Amerika maye təbii qazı (LNG) və test həcmlərində Azərbaycan qazı nəql olunurdu.

Avqustun 7-dən 8-nə keçən gecə isə Rusiya SOCAR-ın Odessa vilayətindəki neft bazasına “Shahed” dronları ilə hücum edib. Hücum yanğına səbəb olub və dizel yanacağı boru kəmərinə ziyan vurub. Zərbə nəticəsində şirkətin dörd əməkdaşı ağır yaralanıb.

Bundan əvvəl də, Rusiya tərəfindən oxşar hücumlar təşkil edilib. Məsələn, iyulun 10-da Rusiya ordusunun Kiyevə kütləvi hava hücumu zamanı kamikadze dronlardan biri Azərbaycanın Ukraynadakı səfirliyinin yaxınlığına düşüb.

Bütün bunlar isə onu göstərir ki, Rusiya hər fürsətdə Azərbaycanın Ukraynadakı fəaliyyətinə zərbə vurmağa çalışır. Bu isə Kremlin Bakıya qarşı düşmənçilik siyasətinin əyani göstəricisidir.

Rusiyanın azərbaycanlılara qarşı hücumları

Ötən ilin dekabrında Aktau yaxınlığında qəzaya uğrayan AZAL təyyarəsinin Rusiya tərəfindən vurulmasını heç birimiz unutmamışıq. Onu da yaxşı xatırlayırıq ki, Rusiya hələ də bu məsələdə məsuliyyəti öz üzərinə götürməkdən boyun qaçırır. Moskva nə öz günahını etiraf edib, nə də bu işdə əli olanları cəzalandırıb. 

Bu ilin fevralında Azərbaycanın bəzi media resurslarına yönələn kütləvi kiberhücumun da arxasında Rusiya ilə əlaqəli olan APT29 (“Cozy Bear”), yəni “Rahat Ayı” (digər adları isə Midnight Blizzard, the Dukes) qrupunun dayandığı müəyyən edilib.

Bir müddət əvvəl millət vəkili Azər Badamovun Rusiyada başına gətirilənlər də yaddan çıxa bilməz. Rəsmi tədbirdə iştirak üçün Rusiyaya gedən Azər Badamov Moskvada hava limanında saxlanılıb və ölkədən deportasiya olunub.

İyunun 27-də isə Rusiyanın Yekaterinburq şəhərində hüquq-mühafizə orqanları azərbaycanlılara qarşı əməliyyat keçirib. Nəticədə Ziyəddin və Hüseyn Səfərov qardaşları amansızlıqla qətlə yetirilib. Üstəlik, çox sayda soydaşımız vəhşicəsinə döyülüb, müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.


Ümumilikdə, 50-ə yaxın azərbaycanlı həmin əməliyyat çərçivəsində saxlanılıb. Sözügedən əməliyyatların sistemli təşkili isə azərbaycanlılara qarşı başladılan prosesin rəsmi səviyyədə idarə olunduğunu göstərirdi. Sonrakı həftələrdə Azərbaycan diasporunun bir neçə üzvü də qondarma ittihamlarla tutulub.

Hitlerizmin 21-ci əsr versiyası

Adolf Hitlerin rəhbərliyi altında nasist Almaniyası almanların ari irq olduğu, digər bütün xalqların isə onların köləsi kimi qəbul edildiyi siyasi konsepsiyanı əsas götürürdü. Hazırda Rusiyanın siyasətinə nəzər saldıqda, oxşar tendensiyanı müşahidə edə bilərik.

Belə ki, Rusiyada təzyiqə, hücumlara məruz qalan təkcə azərbaycanlılar deyil. Orta Asiyadan gələn miqrantlar da oxşar hücumların hədəfindədir. Onlarla xalqımızı birləşdirən ortaq nöqtə isə həmin xalqların da türk və müsəlman olmasıdır.

Məlum olduğu kimi, Rusiyada yüzminlərlə qeyri-türk, müsəlman olmayan miqrantlar da var. Amma onlara “gözün üstə qaşın var” deyən yoxdur. Əgər olsa idi, hazırda baş verənlərə ümumi anti-miqrasiya siyasəti donu geydirmək olardı. Lakin real vəziyyət göz önündədir.

Yəni, Moskvanın gözündə ruslar “ari xalq”, türk-müsəlmanlar isə onların əmrinə müntəzir olan “qullar”dır. Bu isə Hitlerin xəstə ideyalarından heç nəyi ilə fərqlənmir. Hitlerin gözündə yəhudilər nə idisə, Rusiyanın gözündə türk-müsəlman miqrantlar da odur…

Diplomatik məğlubiyyətin qisası?

Göründüyü kimi, Rusiyada türk-müsəlmanlara qarşı sistemli hücumlar reallaşdırılır. Bu isə siyasi sifarişin Kremldən gəldiyinin, daha doğrusu, Moskvanın islomofob, türkofob siyasətinin göstəricisidir.

Bu cür siyasi xəttin açıq şəkildə özünü büruzə verməsi isə Rusiyanın beynəlxalq arenada düşdüyü durumla birbaşa əlaqəlidir. Belə ki, 2022-ci ildə 3 günə Kiyevi alıb, Ukraynada iqtidarın faktiki sahibi olmaq istəyən Rusiya 3 il yarımdır savaşsa da, istədiyi heç bir nəticəyə nail olmayıb. Ötən həftə Putin nəhayət Alyaksa görüşündə ciddi nəticə qazanmağı düşünürdü ki, bu ümidlər də puça çıxdı. Alyaska səmasında Putini qarşılayan “B2”lər hələlik Moskvaya bomba yağdırmasalar da, Rusiyanın nüfuzuna nüvə zərbəsi vurdular.

Beynəlxalq arenada “offside”a düşmüş, sanksiyaların girovuna çevrilmiş Rusiya sanki düşdüyü bataqlıqdan çıxa bilməməyin intiqamını dinc miqrantlardan alır.

Çünki nə NATO-ya güc göstərə, nə də Ukraynanı məğlub edə bilirlər. Rusiyanın gücü ancaq dinc insanlara, miqrantlara çatır. Azərbaycana qarşı düşmənçilik siyasəti apardıqları üçün də soydaşlarımızı daha çox hədəf alırlar.

Ancaq bu heç bir halda Rusiyaya fayda gətirməyəcək. Ona görə də Moskva Azərbaycana qarşı düşmənçilik siyasətindən əl çəkib, ən qısa zamanda münasibətlərin normallaşdırılmasına çalışmalıdır…

Bizim.Media-nın analitik qrupu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İran Trampın 48 saatlıq ultimatumuna CAVAB VERDİ

İran Trampın 48 saatlıq ultimatumuna CAVAB VERDİ

Türkiyədə enerji şoku: Dizelin qiyməti kəskin bahalaşdı

Türkiyədə enerji şoku: Dizelin qiyməti kəskin bahalaşdı

Adını dəyişmək istəyənlərə MƏHDUDİYYƏTLƏR: Kimlərə "yox" deyilir?

Adını dəyişmək istəyənlərə MƏHDUDİYYƏTLƏR: Kimlərə "yox" deyilir?

Ərəb monarxiyaları İranla müharibəni seçir

Ərəb monarxiyaları İranla müharibəni seçir

Biləsuvarda şagird üç aya 9 medal qazandı - ABŞ-a gedir

Biləsuvarda şagird üç aya 9 medal qazandı - ABŞ-a gedir

İspaniyada Tramp və Putinin heykəli yandırıldı - FOTO

İspaniyada Tramp və Putinin heykəli yandırıldı - FOTO

“Ərəb ölkələrindən İrana son xəbərdarlıq” - Hakan Fidan detalları açıqladı

“Ərəb ölkələrindən İrana son xəbərdarlıq” - Hakan Fidan detalları açıqladı

SON DƏQİQƏ: İran İsrailə yeni raket zərbələri endirdi

SON DƏQİQƏ: İran İsrailə yeni raket zərbələri endirdi

Britaniyanın atom sualtı qayığı Ərəb dənizinə gəldi

Britaniyanın atom sualtı qayığı Ərəb dənizinə gəldi

Tramp: “İran artıq razılaşma istəyir”

Tramp: “İran artıq razılaşma istəyir”

Qalibaf İsraili lağa qoydu: Dimonada raketləri tuta bilmirsə...

Qalibaf İsraili lağa qoydu: Dimonada raketləri tuta bilmirsə...

Qədim Misirdə də rəssamlar səhvlərdən sığortalanmayıblar

Qədim Misirdə də rəssamlar səhvlərdən sığortalanmayıblar

"Böyük Dəbilqə" turniri: Son gündə 3 idmançımız mübarizəyə başlayır

"Böyük Dəbilqə" turniri: Son gündə 3 idmançımız mübarizəyə başlayır

Azərbaycanın nə qədər su ehtiyatları var?

Azərbaycanın nə qədər su ehtiyatları var?

Mask süni intellektin imkanlarından danışdı: 3 il ərzində...

Mask süni intellektin imkanlarından danışdı: 3 il ərzində...

Hərbi helikopter dənizə düşdü - Ekipaj üzvləri axtarılır

Hərbi helikopter dənizə düşdü - Ekipaj üzvləri axtarılır

Nəriman ABŞ-da ilk oyununa çıxdı - KOMANDASI UDUZDU - VİDEO

Nəriman ABŞ-da ilk oyununa çıxdı - KOMANDASI UDUZDU - VİDEO

“Mənim kimi qadını təəccübləndirmək hər kişiyə nəsib olmur”

“Mənim kimi qadını təəccübləndirmək hər kişiyə nəsib olmur”

Şirvan sakini bıçaqlandı

Şirvan sakini bıçaqlandı

XİN başçısı: İranın azad etdiyi Yaponiya vətəndaşı Azərbaycandadır

XİN başçısı: İranın azad etdiyi Yaponiya vətəndaşı Azərbaycandadır

İRANA SƏRT XƏBƏRDARLIQ: Hörmüz boğazı 48 saat ərzində açılmasa...

İRANA SƏRT XƏBƏRDARLIQ: Hörmüz boğazı 48 saat ərzində açılmasa...

Tramp İranla razılaşmada maraqlı olmadığını açıqladı

Tramp İranla razılaşmada maraqlı olmadığını açıqladı

İsrail Tehranda nüvə tədqiqat mərkəzinə zərbə endirdi

İsrail Tehranda nüvə tədqiqat mərkəzinə zərbə endirdi

FHN-dən əhaliyə növbəti MÜRACİƏT

FHN-dən əhaliyə növbəti MÜRACİƏT

End of content

No more pages to load

RADİO