“ABŞ-ın kəşfiyyat xidmətləri hələ ki, hərbçilərin müşahidə etdikləri Uçan Naməlum Obyektlərin (UNO) təbiətini və haradan meydana çıxmasını izah edə bilmirlər”.
Bizim.Media xəbər verir ki, bu haqda Amerika Milli Kəşfiyyatının hazırladığı hesabatda deyilir.
Sənəddə göstərilir ki, 2004-2021-ci illərdə ABŞ səmasında 144 UNO müşahidə olunub.
Onlardan 80-ni eyni vaxtda bir neçə fərqli sensor və qurğu tərəfindən qeydə alınıb ki, bu da fiziki obyekt olduqlarını təsdiqləyir.
“Əgər UNO-lar hansısa potensial rəqibin hazırladığı inqilabi texnologiya, yaxud, informasiya toplama vasitəsidirlərsə, onda ABŞ-ın milli təhlükəsizliyi üçün problem sayıla bilərlər”,- deyə hesabatda bildirilir.
Sənədin müəllifləri istisna etmirlər ki, bəzi UNO-lar Çinin, Rusiyanın, yaxud hər hansı başqa dövlət və ya təşkilatın gizli texnologiyası ola bilər.
Bizim.Media