Rusiyanın Rostov şəhərindəki Platov hava limanında gizli şəkildə 2 milyon rubl çıxarmağa çalışan 27 yaşlı Azərbaycan vətəndaşına qarşı inzibati iş başlanıb.
Bizim.Media xəbər verir ki, mövcud Rusiya qanunvericiliyinə görə, bəyannamə tərtib edilmədən, Rusiyadan 10 min ABŞ dolları və ya təxminən 720 min rubl ixrac etmək mümkündür.
Rostov gömrük idarəsinin jurnalistlərə verdiyi məlumata görə, azərbaycanlı "yaşıl" dəhlizi keçib, lakin yoxlama zamanı onda 2 milyon rubla yaxın pulun olduğu aşkar edilib.
Qanunu pozan şəxs barəsində protokol tərtib edilib.
Bizim.Media