Alyaska görüşü öncəsi Rusiyadan SÜRPRİZ HÜCUM – Ukrayna çıxılmaz vəziyyətə DÜŞDÜ

“Ukraynanın Pokrovsk istiqamətində tam nəzarəti ələ almasına hələ xeyli vaxt var”.

Bizim.Media xəbər verir ki, “Azov” briqadasının komandiri Maksim Jorin bu barədə “Telegram” kanalında yazıb.

“Ümid edirəm ki, heç kimin ağlına hazırda Pokrovsk istiqamətində vəziyyətin nəzarətdə olduğu fikri gəlməz. Çünki nəzarətin təmin olunmasına hələ çox var”, – deyə Jorin vurğulayıb.
O, mümkün nəticələr kimi Rusiya qoşunlarının Krasnoarmeysk və Pokrovsku ələ keçirməsini, eləcə də Donetsk vilayətinin tam işğalını göstərib.

Rusiya Donbasda qəfil irəliləyişə nail olub.

The Wall Street Journal yazır ki, son günlər Rusiya ordusu Ukraynanın şərqində qəfil hücumla irəliləyib. Nəşr qeyd edir ki, bu irəliləyiş Rusiya prezidenti Vladimir Putinə, ABŞ prezidenti Donald Trampla cümə günü keçiriləcək görüş ərəfəsində döyüş meydanında üstünlük qazanmaq imkanı verə bilər.

Məlumata görə, Rusiya qüvvələri Ukraynanın Dobropolye şəhəri yaxınlığında bir neçə km irəliləyib. Ukrayna hərbçiləri bildiriblər ki, kiçik rus qrupları ilk müdafiə xəttini yararaq aylarla möhkəmləndirilən istehkam zonasını keçib. Hazırda onlara qarşı cavab zərbələri endirilir.
 

“İndi əsas sual odur ki, Rusiya bu irəliləyişi genişləndirib daha zəif müdafiə olunan ərazilərə soxula biləcəkmi? Əgər uğur əldə olunarsa, Kreml Donetskin hələ də Ukrayna nəzarətində olan şəhərlərinə daha çox təzyiq göstərə biləcək”, – deyə nəşr yazır.


WSJ həmçinin bildirir ki, bu hücum Putinin Alyaskada keçiriləcək danışıqlar ərəfəsində mövqelərini gücləndirə bilər. Kreml Donetski Rusiyanın bir hissəsi sayır və sammit çərçivəsində ABŞ-dan bunun tanınmasını tələb etməyi planlaşdırır.

Məqalədə “Azov” briqadasının bir zabitinin sözlərinə də yer verilib. Onun sözlərinə görə, ruslar bir neçə həftəlik yoxlama hücumlarından sonra Ukrayna mövqelərində boşluq taparaq böyük canlı qüvvə ehtiyatı ilə hücuma keçiblər:

“Ukrayna hərbçiləri hər gün təxminən 150 rus hərbçisini qeydə alır, lakin təcrübəli dron operatorlarının çatışmazlığı səbəbindən onların yalnız az bir hissəsini məhv edə bilirik”.

Bununla belə, WSJ qeyd edir ki, rusların bu mövqeni saxlaması çətin olacaq, çünki onların zəif olan cinahlarına davamlı zərbələr endirilir.

Ukrayna komandanlığına daxili tənqid

Nəşr yazır ki, bəzi ukraynalı hərbçilər komandanlığı “aşağı strateji əhəmiyyətli, uğur şansı az olan riskli hücumlarda şəxsi heyəti itirməkdə” ittiham edirlər. Onların sözlərinə görə, tükənmiş və ya mühasirəyə düşmüş bölmələrin geri çəkilmə tələbləri tez-tez rədd olunur, qərarlar mərkəzləşdirilmiş qaydada qəbul edilir, aşağı rütbəli zabitlər isə cəzalandırılmaq qorxusu ilə müstəqil addım atmaqdan çəkinirlər. Nəticədə xüsusilə piyada qüvvələrində çatışmazlıq artır ki, bundan da Rusiya istifadə edir.

Putin və Trampa “hədiyyə”

Kremlin keçmiş müşaviri Sergey Markovun sözlərinə görə, Rusiyanın bu irəliləyişi Putin və Trampın danışıqları üçün sanki bir hədiyyədir.

Qeyd edək ki, Tramp əvvəllər “ərazilərin müəyyən mübadiləsi” ideyasını istisna etməyib. Lakin Ukrayna prezidenti Volodimir Zelenski və Avropadakı müttəfiqləri bu təzyiqin daha böyük güzəştlərə məcbur edə biləcəyindən ehtiyatlanırlar.

ABŞ dövlət katibi Marko Rubio isə qeyd edib ki, Tramp Putini şəxsən görmək, onunla üzbəüz danışmaq və “gözlərinə baxaraq” durumu qiymətləndirmək istəyir.

Ağ Ev sözçüsü Karolin Levitt isə Zelenskinin Alyaskadakı görüşə dəvət olunmamasını belə izah edib:

“İki tərəfli görüş təşəbbüsü Putindən gəldi və Tramp müharibəyə son qoymağın yollarını daha yaxşı anlamaq üçün razılaşdı. ABŞ prezidenti həmçinin Putin və Zelenski ilə üçtərəfli formatda görüşməyə də açıqdır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bəhreyn İrana məxsus 145 raketi və 246 PUA-nı zərərsizləşdirdi

Bəhreyn İrana məxsus 145 raketi və 246 PUA-nı zərərsizləşdirdi

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Bu şəxslərə mühüm xəbər

Bu şəxslərə mühüm xəbər

“Real” bu futbolçu üçün 120 milyon ödəməyə hazırdır

“Real” bu futbolçu üçün 120 milyon ödəməyə hazırdır

Abbas Əraqçi Kaja Kallasla regiondakı hadisələri MÜZAKİRƏ ETDİ

Abbas Əraqçi Kaja Kallasla regiondakı hadisələri MÜZAKİRƏ ETDİ

Azərbaycanın bəzi çaylarında sululuq artır: SEL TƏHLÜKƏSİ - VİDEO

Azərbaycanın bəzi çaylarında sululuq artır: SEL TƏHLÜKƏSİ - VİDEO

Finlandiya prezidenti: "ABŞ daha xeyirxah hegemon deyil"

Finlandiya prezidenti: "ABŞ daha xeyirxah hegemon deyil"

Millimizlə oyun üçün Portuqaliya heyətini açıqladı

Millimizlə oyun üçün Portuqaliya heyətini açıqladı

Xərçəngdən müalicə alan Simonyanın övladı da sağalmaz XƏSTƏDİR

Xərçəngdən müalicə alan Simonyanın övladı da sağalmaz XƏSTƏDİR

“Sabah”dan ayrılan futbolçu bu klubla anlaşdı

“Sabah”dan ayrılan futbolçu bu klubla anlaşdı

Zakir Həsənov Türkiyə və Qətərə başsağlığı VERDİ

Zakir Həsənov Türkiyə və Qətərə başsağlığı VERDİ

Sərnişin avtobusunun sürücüsündən TƏHLÜKƏLİ MANEVR - VİDEO

Sərnişin avtobusunun sürücüsündən TƏHLÜKƏLİ MANEVR - VİDEO

Sürücülərin diqqətinə!

Sürücülərin diqqətinə!

Ərdoğan helikopter qəzası ilə bağlı başsağlığı verdi

Ərdoğan helikopter qəzası ilə bağlı başsağlığı verdi

İstanbul valisi: Dağıntılar altında qalan 9 nəfərdən 7-si xilas edildi

İstanbul valisi: Dağıntılar altında qalan 9 nəfərdən 7-si xilas edildi

Netanyahudan Avropa ölkələrinə çağırış: “Müharibəyə qoşulun"

Netanyahudan Avropa ölkələrinə çağırış: “Müharibəyə qoşulun"

Azərbaycan müğənnilər Rusiya toylarına neçəyə gedirlər?

Azərbaycan müğənnilər Rusiya toylarına neçəyə gedirlər?

“Neftçi”nin futbolçusu Latviya klubuna keçəcək

“Neftçi”nin futbolçusu Latviya klubuna keçəcək

Cəbrayılda tonqalı Dədə Qorqud yandırdı - FOTO

Cəbrayılda tonqalı Dədə Qorqud yandırdı - FOTO

Ərəb Əmirliklərinin yük gəmisinə HÜCUM

Ərəb Əmirliklərinin yük gəmisinə HÜCUM

Rus ordusu Potapovkanı işğal etdi

Rus ordusu Potapovkanı işğal etdi

Şəbnəm Tovuzlunun Kamil Zeynallı ilə görüntüsü yayıldı - VİDEO

Şəbnəm Tovuzlunun Kamil Zeynallı ilə görüntüsü yayıldı - VİDEO

İsrailin bu şəhərləri viran qalıb - FOTO/VİDEO

İsrailin bu şəhərləri viran qalıb - FOTO/VİDEO

Mahir Emreli Miroslav Kloze ilə görüşdü - FOTO

Mahir Emreli Miroslav Kloze ilə görüşdü - FOTO

End of content

No more pages to load

RADİO