Milyonları xilas edən narkoman həkim: Uilyam Halsted kimdir?

Zəngin Nyu-York ailəsindən olan gənc Yel Universiteti tələbəsi Uilyam Halsted əvvəllər həkim olmağı düşünməyib, vaxtını əyləncələrə və futbola sərf edib. Təsadüfən əlinə keçən anatomiya dərsliyi onun həyatını dəyişib - cərrahiyə marağı oyanan Halsted bu sahəyə həsr olunmuş karyera qurmağa qərar verib.

Bizim.Media "Unian"a istinadən xəbər verir ki, kiləsinin maliyyə imkanı sayəsində dördüncü kursda o, XIX əsrin tanınmış cərrahı Teodor Bilrotun yanında təcrübə keçməyə gedib.
 

Vətənə qayıtdıqdan sonra o, bir sıra yenilikçi addımlar atıb: 1881-ci ildə anemiya xəstəsi olan bacısına öz qanını köçürüb (o dövrdə qan qrupları barədə bilik yox idi) və bacısı sağ qalıb. Bir müddət sonra isə mətbəx masasının üstündə anasına öd kisəsindən daşları çıxarma əməliyyatı edərək ABŞ-da bu növ əməliyyatı ilk icra edən həkim olub.


O dövrdə anesteziya üçün əsasən efirdən istifadə olunub, lakin 1859-cu ildə kokaindən alınan yeni maddə tibdə səs-küy yaradıb.

Halsted də bu maddə ilə təcrübələr apararaq onu özünə damar və sinir yolu ilə vurmağa başlayıb. Təcrübədə iştirak edən həmkarlarının hamısı, yəqin ki, doza səhvinə görə, həyatını itirib, lakin Halsted sağ qalıb, ancaq güclü narkotik asılılığı yaranıb. Onu müalicə etmək üçün morfin verilib ki, bu da nəticədə ikili asılılıqla (kokain və morfin) nəticələnib.

Reputasiyasına və qeyri-sabit psixoloji vəziyyətinə görə işdən çıxarılan Halstedin taleyini dostu xilas edib - onu Baltimorda Hopkins Xəstəxanasına tövsiyə edib. Burada əvvəlcə yalnız itlər üzərində əməliyyat aparmasına icazə verilib, sonra isə yenidən insan əməliyyatlarına buraxılıb.

Halstedin sirrini yalnız ona tam etibar edən tibb bacısı bilib. Lakin həmin bacıda, o dövrdə həkimlərin əllərini dezinfeksiya üçün istifadə etdikləri karbol turşusuna qarşı dəri dermatiti inkişaf edib. Onun işdən ayrılması Halstedin vəziyyətinin ifşası demək idi. Buna görə o, tanış rezin əlcək istehsalçılarına müraciət edərək xəstəxana üçün əlcəklər sifariş edib.

Əvvəlcə tibbi heyət buna şübhə ilə yanaşsa da, əlcəklərin yalnız dəri qıcıqlanmasının qarşısını almadığı, həm də infeksiyalara qarşı qoruduğu məlum olub və bu qayda bu günə qədər davam edir.

Halsted illər sonra morfin dozasını azaldaraq tamamilə asılılıqlardan qurtulub.

Lakin narkotiklərdən zəifləmiş orqanizmi sadə öd kisəsi əməliyyatına tab gətirməyib və o, 69 yaşında əməliyyat masasında dünyasını dəyişib. Buna baxmayaraq, onun tibbdə etdiyi yeniliklər - xüsusən də cərrahi əlcəklərin tətbiqi - hələ də dünya səhiyyəsində mühüm yer tutur. (Qaynarinfo.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bəhreyn İrana məxsus 145 raketi və 246 PUA-nı zərərsizləşdirdi

Bəhreyn İrana məxsus 145 raketi və 246 PUA-nı zərərsizləşdirdi

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Bu şəxslərə mühüm xəbər

Bu şəxslərə mühüm xəbər

“Real” bu futbolçu üçün 120 milyon ödəməyə hazırdır

“Real” bu futbolçu üçün 120 milyon ödəməyə hazırdır

Abbas Əraqçi Kaja Kallasla regiondakı hadisələri MÜZAKİRƏ ETDİ

Abbas Əraqçi Kaja Kallasla regiondakı hadisələri MÜZAKİRƏ ETDİ

Azərbaycanın bəzi çaylarında sululuq artır: SEL TƏHLÜKƏSİ - VİDEO

Azərbaycanın bəzi çaylarında sululuq artır: SEL TƏHLÜKƏSİ - VİDEO

Finlandiya prezidenti: "ABŞ daha xeyirxah hegemon deyil"

Finlandiya prezidenti: "ABŞ daha xeyirxah hegemon deyil"

Millimizlə oyun üçün Portuqaliya heyətini açıqladı

Millimizlə oyun üçün Portuqaliya heyətini açıqladı

Xərçəngdən müalicə alan Simonyanın övladı da sağalmaz XƏSTƏDİR

Xərçəngdən müalicə alan Simonyanın övladı da sağalmaz XƏSTƏDİR

“Sabah”dan ayrılan futbolçu bu klubla anlaşdı

“Sabah”dan ayrılan futbolçu bu klubla anlaşdı

Zakir Həsənov Türkiyə və Qətərə başsağlığı VERDİ

Zakir Həsənov Türkiyə və Qətərə başsağlığı VERDİ

Sərnişin avtobusunun sürücüsündən TƏHLÜKƏLİ MANEVR - VİDEO

Sərnişin avtobusunun sürücüsündən TƏHLÜKƏLİ MANEVR - VİDEO

Sürücülərin diqqətinə!

Sürücülərin diqqətinə!

Ərdoğan helikopter qəzası ilə bağlı başsağlığı verdi

Ərdoğan helikopter qəzası ilə bağlı başsağlığı verdi

İstanbul valisi: Dağıntılar altında qalan 9 nəfərdən 7-si xilas edildi

İstanbul valisi: Dağıntılar altında qalan 9 nəfərdən 7-si xilas edildi

Netanyahudan Avropa ölkələrinə çağırış: “Müharibəyə qoşulun"

Netanyahudan Avropa ölkələrinə çağırış: “Müharibəyə qoşulun"

Azərbaycan müğənnilər Rusiya toylarına neçəyə gedirlər?

Azərbaycan müğənnilər Rusiya toylarına neçəyə gedirlər?

“Neftçi”nin futbolçusu Latviya klubuna keçəcək

“Neftçi”nin futbolçusu Latviya klubuna keçəcək

Cəbrayılda tonqalı Dədə Qorqud yandırdı - FOTO

Cəbrayılda tonqalı Dədə Qorqud yandırdı - FOTO

Ərəb Əmirliklərinin yük gəmisinə HÜCUM

Ərəb Əmirliklərinin yük gəmisinə HÜCUM

Rus ordusu Potapovkanı işğal etdi

Rus ordusu Potapovkanı işğal etdi

Şəbnəm Tovuzlunun Kamil Zeynallı ilə görüntüsü yayıldı - VİDEO

Şəbnəm Tovuzlunun Kamil Zeynallı ilə görüntüsü yayıldı - VİDEO

İsrailin bu şəhərləri viran qalıb - FOTO/VİDEO

İsrailin bu şəhərləri viran qalıb - FOTO/VİDEO

Mahir Emreli Miroslav Kloze ilə görüşdü - FOTO

Mahir Emreli Miroslav Kloze ilə görüşdü - FOTO

End of content

No more pages to load

RADİO