İlon Maskdan Yaponiyaya şok xəbərdarlıq: Ölkə bu il bir milyon nəfəri itirə bilər!

İlon Mask Yaponiya üçün qorxulu xəbərdarlıq edib.

Bizim.Media xəbər verir ki, texnoloji dünyasının aparıcı simalarından olan iş adamı Yaponiyanın ciddi əhali azalması problemi ilə üz-üzə qaldığını və ölkənin bu il demək olar bir milyon nəfər itirə biləcəyini bildirib.

O, əvvəllər X platformunda Yaponiyanın aşağı doğum nisbətləri səbəbilə "varlığını davam etdirə bilməmə" riski ilə qarşılaşdığını demişdi.
 

Mask paylaşımında ölkənin demoqrafik azalmasının "yarım əsr əvvəl qaçılmaz şəkildə hərəkətə keçmiş olduğunu" ifadə edərək, süni intellektin bu vəziyyəti dəyişə biləcək "tək ümid" olduğunu müdafiə edib.


Mask bu proqnozunu dünya statistika məlumatının "Yaponiyanın əhalisi 2024-cü ildə 900 min əlavə ölümlə azalır” paylaşımını sitat gətirərək edib.
 

Yaponiya Səhiyyə Nazirliyinin rəsmi məlumatlarına görə, 2024-cü ildə 686 min 61 doğum və 1 milyon 605 min 298 ölüm qeydə alınıb. Bu təxminən 919 min nəfərlik xalis əhali azalması deməkdir.


Ölkənin əhalisi aşağı doğum nisbətləri və yaşlanan cəmiyyət səbəbilə sürətlə azalır.

Yaponiyanın hazırkı doğum nisbəti 1.26 səviyyəsindədir. Bir X istifadəçisi Maskın süni intellekt köməkçisi "Grok"dan bu məlumatları təsdiq etməsini və "Bəşəriyyətin yaşaması üçün neçə uşaq dünyaya gətirməliyik?" sualını verməsini istəyib.
 

"Grok" "Əhali azalmasının qarşısını almaq üçün" Birləşmiş Millətlər Təşkilatının qlobal əhalinin qadın başına orta hesabla 2.1 uşaq nisbətini qorumağı təklif etdiyini bildirib.


Həmçinin, "Mövcud proqnozlar göstərir ki, əksər regionlarda 2040-2050-ci illər arasında bu nisbətdən aşağı düşüləcək. Süni intellekt, uzunömürlülük texnologiyaları və ya siyasətlər bu meyli dəyişməsə, çöküş riski var" deyib.

Qlobal Statistika məlumatlarına görə, Yaponiyanın doğum nisbəti son 14 ildir azalır.

Maskın paylaşımı sosial mediada həm istehza mövzusu oldu, həm də hiddətə səbəb olub.
 

İstifadəçilər paylaşımın məqsədini sorğulayarkən, bəziləri Maskın bunu "məhsul satmaq üçün" etdiyini irəli sürüb. Maskı tənqid edən bir istifadəçi süni intellektin bu problemləri həll edə bilməyəcəyini qeyd edərək deyib: "Siz sadəcə məhsul satmağa çalışırsınız.


İnsanların yaşaya biləcəyi bir gəlirə ehtiyacı var. Əgər insanlar ev ala bilməsə, uşaq sahibi olmazlar. İnsanlar layiq olduqları yaşana bilən əmək haqqı almalı, istismar edilməməli və sonra problemlərinə həll kimi başqa bir məhsul təqdim edilməməlidir".

Başqa bir istifadəçi isə Maska sərt çıxaraq belə şərh edib:

"Sizin kimi milyarderlər insanların uşaq sahibi olmaq istəməməsinin səbəbidir. Bütün sərvəti əlində saxlayanda və insanlar bunu ödəyə bilməyəndə, ödəyə biləcəkləri bir həyatı seçirlər". (qaynarinfo.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Emin Mahmudov Qurban Qurbanova çatdı

Emin Mahmudov Qurban Qurbanova çatdı

2 avtomobil toqquşdu - Yaralılar var

2 avtomobil toqquşdu - Yaralılar var

Türkiyə İrana qarşı müharibəni dayandırmaq istəyir

Türkiyə İrana qarşı müharibəni dayandırmaq istəyir

Gəncədə fişəng partladı - Yeniyetmə xəsarət aldı

Gəncədə fişəng partladı - Yeniyetmə xəsarət aldı

ABŞ-ın neft və qaz müqavilələri İrana görə iflic olub

ABŞ-ın neft və qaz müqavilələri İrana görə iflic olub

Bakı bulvarında Milli Etalon Vaxtının göstərilməsinə başlanıldı - FOTO

Bakı bulvarında Milli Etalon Vaxtının göstərilməsinə başlanıldı - FOTO

Fridrix Merts Trampla razılığa gəldi

Fridrix Merts Trampla razılığa gəldi

Pezeşkian: “İranı xəritədən silmək xülyası acizliyin təzahürüdür”

Pezeşkian: “İranı xəritədən silmək xülyası acizliyin təzahürüdür”

Gürcü patriarxı II İliya Tbilisidəki Sioni kafedral kilsəsində dəfn olundu - VİDEO

Gürcü patriarxı II İliya Tbilisidəki Sioni kafedral kilsəsində dəfn olundu - VİDEO

İlk oyunundan FOTOLARINI paylaşdı

İlk oyunundan FOTOLARINI paylaşdı

Namiq villasını nümayiş ETDİRDİ - VİDEO

Namiq villasını nümayiş ETDİRDİ - VİDEO

İstanbulda dağıntılar altında daha 2 nəfər qalıb - VİDEO

İstanbulda dağıntılar altında daha 2 nəfər qalıb - VİDEO

Bəhreyn İrana məxsus 145 raketi və 246 PUA-nı zərərsizləşdirdi

Bəhreyn İrana məxsus 145 raketi və 246 PUA-nı zərərsizləşdirdi

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Bu şəxslərə mühüm xəbər

Bu şəxslərə mühüm xəbər

“Real” bu futbolçu üçün 120 milyon ödəməyə hazırdır

“Real” bu futbolçu üçün 120 milyon ödəməyə hazırdır

Abbas Əraqçi Kaja Kallasla regiondakı hadisələri MÜZAKİRƏ ETDİ

Abbas Əraqçi Kaja Kallasla regiondakı hadisələri MÜZAKİRƏ ETDİ

Azərbaycanın bəzi çaylarında sululuq artır: SEL TƏHLÜKƏSİ - VİDEO

Azərbaycanın bəzi çaylarında sululuq artır: SEL TƏHLÜKƏSİ - VİDEO

Finlandiya prezidenti: "ABŞ daha xeyirxah hegemon deyil"

Finlandiya prezidenti: "ABŞ daha xeyirxah hegemon deyil"

Millimizlə oyun üçün Portuqaliya heyətini açıqladı

Millimizlə oyun üçün Portuqaliya heyətini açıqladı

Xərçəngdən müalicə alan Simonyanın övladı da sağalmaz XƏSTƏDİR

Xərçəngdən müalicə alan Simonyanın övladı da sağalmaz XƏSTƏDİR

“Sabah”dan ayrılan futbolçu bu klubla anlaşdı

“Sabah”dan ayrılan futbolçu bu klubla anlaşdı

Zakir Həsənov Türkiyə və Qətərə başsağlığı VERDİ

Zakir Həsənov Türkiyə və Qətərə başsağlığı VERDİ

Sərnişin avtobusunun sürücüsündən TƏHLÜKƏLİ MANEVR - VİDEO

Sərnişin avtobusunun sürücüsündən TƏHLÜKƏLİ MANEVR - VİDEO

End of content

No more pages to load

RADİO