Paşinyan Bakıya “hə” dedi, 200 hərbçi Ermənistana göndərildi – Proses qızışır

Vaşinqtonda ABŞ, Azərbaycan və Ermənistan liderləri arasında Birgə Bəyannamənin imzalanmasından sonra Rusiyanın Gümrüdə yerləşən 102-ci bazada hərbi kontingentin sayını artırdığına dair məlumatlar yayıldı.

Artıq Federal Təhlükəsizlik Xidmətinin (FTX) 200 əməkdaşının əraziyə yerləşdiyi bildirilir.

Maraqlıdır ki, üçtərəfli görüşdən sonra sözügedən bazanın Ermənistandan çıxarıla biləcəyi ilə bağlı müzakirələr aktivləşmişdi.

Rusiya bununla nəyə nail olmağa çalışır? Sülhə maneə yaratmaq üçün sərhəddə təxribata cəhd edə, yaxud Ermənistanın daxilində qarışıqlıq yarada bilərmi?

Bizim.Media xəbər verir ki, “Globalinfo.az”a danışan hərbi ekspert Səxavət Məmmədin sözlərinə görə, Vaşinqtonda imzalanan üçtərəfli bəyanatdan sonra Rusiyanın Ermənistana təzyiq göstərəcəyi gözlənilirdi:

“10 noyabr üçtərəfli bəyanatı ilə bir çox məsələlər öz həllini tapmışdı. Bu bəyanatda Ermənistan ərazisindən keçən Zəngəzur dəhlizinə nəzarətin Rusiyaya verilməsi öhdəliyi nəzərdə tutulurdu.
 

İrəvan bu bəyanatdan imtina etmədiyi halda, ABŞ-la da oxşar öhdəlikləri əks etdirən sənəd imzalayır. Hər iki razılaşmada Azərbaycan üçün üstün məqamlar var idi. Belə ki, iki halda da Azərbaycanın Naxçıvana maneəsiz hərəkəti bərpa olunurdu.


Rusiya, ümumilikdə, Bakı ilə İrəvan arasında sülhün əldə edilməsində maraqlı olsa da, dəhliz məsələsində fərqli mövqe sərgiləyir. Bu səbəbdən, Ermənistana təzyiqlərin artması istisna deyil.
 

102-ci bazanın gücləndirilməsi, Ermənistan müxalifətinin hazırda həbsdə olan nümayəndələri üçün dünyaca məşhur vəkilin bu ölkəyə göndərilməsi də Kremlin prosesi qızışdırmaq niyyətindən xəbər verir. Bu, vəziyyəti daha da çıxılmaz hala sala bilər”.


Ekspert bildirib ki, baş nazir Nikol Paşinyanın Vaşinqtonda öhdəsinə götürdüyü məsələləri yerinə yetirib-yetirməyəcəyi də sual altındadır:
 

“Çünki onun hazırda icra etməli olduğu müəyyən öhdəliklər mövcuddur, konstitusiya dəyişikliyi buna nümunədir. Hələ məsələ ilə bağlı lazımi addımlar belə atmayıb.


Ermənistanın dəmir yolları bu gün Rusiyanın nəzarəti altındadır və Paşinyan Kremldən icazə almağa məcburdur.

Rusiya İrəvandakı mövcud hökuməti devirmək üçün də müəyyən addımlar ata bilər.

Rəsmi Moskva öz mövqeyini bütün dünyaya nümayiş etdirməyə çalışacaq.

Lakin bunun nə dərəcədə uğurlu alınacağı hələ sual altındadır.

Ermənistanla yanaşı, bütün regiona təzyiqi artıra bilər.

Burada Tehran faktoru da önə çıxacaq. İran Prezidenti Məsud Pezeşkian hər nə qədər müsbət mesajlar versə də, gərginliklər davam edəcək. Bu gün rəsmi Moskvanın İrəvana kifayət qədər təsir gücü mövcuddur”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Emin Mahmudov Qurban Qurbanova çatdı

Emin Mahmudov Qurban Qurbanova çatdı

2 avtomobil toqquşdu - Yaralılar var

2 avtomobil toqquşdu - Yaralılar var

Türkiyə İrana qarşı müharibəni dayandırmaq istəyir

Türkiyə İrana qarşı müharibəni dayandırmaq istəyir

Gəncədə fişəng partladı - Yeniyetmə xəsarət aldı

Gəncədə fişəng partladı - Yeniyetmə xəsarət aldı

ABŞ-ın neft və qaz müqavilələri İrana görə iflic olub

ABŞ-ın neft və qaz müqavilələri İrana görə iflic olub

Bakı bulvarında Milli Etalon Vaxtının göstərilməsinə başlanıldı - FOTO

Bakı bulvarında Milli Etalon Vaxtının göstərilməsinə başlanıldı - FOTO

Fridrix Merts Trampla razılığa gəldi

Fridrix Merts Trampla razılığa gəldi

Pezeşkian: “İranı xəritədən silmək xülyası acizliyin təzahürüdür”

Pezeşkian: “İranı xəritədən silmək xülyası acizliyin təzahürüdür”

Gürcü patriarxı II İliya Tbilisidəki Sioni kafedral kilsəsində dəfn olundu - VİDEO

Gürcü patriarxı II İliya Tbilisidəki Sioni kafedral kilsəsində dəfn olundu - VİDEO

İlk oyunundan FOTOLARINI paylaşdı

İlk oyunundan FOTOLARINI paylaşdı

Namiq villasını nümayiş ETDİRDİ - VİDEO

Namiq villasını nümayiş ETDİRDİ - VİDEO

İstanbulda dağıntılar altında daha 2 nəfər qalıb - VİDEO

İstanbulda dağıntılar altında daha 2 nəfər qalıb - VİDEO

Bəhreyn İrana məxsus 145 raketi və 246 PUA-nı zərərsizləşdirdi

Bəhreyn İrana məxsus 145 raketi və 246 PUA-nı zərərsizləşdirdi

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Bu şəxslərə mühüm xəbər

Bu şəxslərə mühüm xəbər

“Real” bu futbolçu üçün 120 milyon ödəməyə hazırdır

“Real” bu futbolçu üçün 120 milyon ödəməyə hazırdır

Abbas Əraqçi Kaja Kallasla regiondakı hadisələri MÜZAKİRƏ ETDİ

Abbas Əraqçi Kaja Kallasla regiondakı hadisələri MÜZAKİRƏ ETDİ

Azərbaycanın bəzi çaylarında sululuq artır: SEL TƏHLÜKƏSİ - VİDEO

Azərbaycanın bəzi çaylarında sululuq artır: SEL TƏHLÜKƏSİ - VİDEO

Finlandiya prezidenti: "ABŞ daha xeyirxah hegemon deyil"

Finlandiya prezidenti: "ABŞ daha xeyirxah hegemon deyil"

Millimizlə oyun üçün Portuqaliya heyətini açıqladı

Millimizlə oyun üçün Portuqaliya heyətini açıqladı

Xərçəngdən müalicə alan Simonyanın övladı da sağalmaz XƏSTƏDİR

Xərçəngdən müalicə alan Simonyanın övladı da sağalmaz XƏSTƏDİR

“Sabah”dan ayrılan futbolçu bu klubla anlaşdı

“Sabah”dan ayrılan futbolçu bu klubla anlaşdı

Zakir Həsənov Türkiyə və Qətərə başsağlığı VERDİ

Zakir Həsənov Türkiyə və Qətərə başsağlığı VERDİ

Sərnişin avtobusunun sürücüsündən TƏHLÜKƏLİ MANEVR - VİDEO

Sərnişin avtobusunun sürücüsündən TƏHLÜKƏLİ MANEVR - VİDEO

End of content

No more pages to load

RADİO