Suriya qoşunları Suveyda şəhərində "təmizləmə" əməliyyatlarına başlayıb – VİDEO

Suriya hökumət qüvvələri ölkənin cənubunda yerləşən və əsasən druz icması tərəfindən məskunlaşdırılmış Suveyda şəhərində genişmiqyaslı "təmizləmə" əməliyyatlarına başlayıb.

Bizim.Media xəbər verir ki, son günlərdə Suveydada Suriya hökumətinə qarşı etirazlar və silahlı qarşıdurmalar kəskin şəkildə artıb.

Yerli druz icması əvvəlcə bəzi hökumət qüvvələrinin şəhərə girişinə etiraz etsə də, tərəflər arasında müvəqqəti razılaşma əldə olunmuşdu. Lakin bu razılaşmaya baxmayaraq, hökumət qüvvələrinin şəhərə daxil olarkən yanında silahlı sünni qrupları gətirməsi yeni gərginlik yaradıb. Nəticədə tərəflər arasında atışmalar və qarşılıqlı hücumlar başlayıb.

Rəsmi Dəməşqin "qanunsuz silahlı ünsürlərə qarşı mübarizə" adı altında həyata keçirdiyi əməliyyatlar faktiki olaraq şəhərin tam nəzarət altına alınması ilə müşayiət olunur. Yerli mənbələr bildirirlər ki, evlərə basqınlar edilir, şübhəli bilinən şəxslər saxlanılır və şəhərdə komendant saatı tətbiq olunub.
 

Eyni zamanda bəzi insan hüquqları təşkilatları və müstəqil müşahidəçilər bu əməliyyatların genişmiqyaslı repressiya və kollektiv cəza formasını aldığını qeyd edirlər. Məlumatlara görə, Suveyda əhalisi uzun illərdir mərkəzi hakimiyyətin təzyiqlərinə qarşı çıxır və bəzi hallarda neytrallığı qoruyaraq hökumətə və silahlı müxalifətə qoşulmaqdan imtina edirdilər. Bu baxımdan şəhərdə baş verən son hadisələr sadəcə lokal qarşıdurma deyil, eyni zamanda Suriyada müxtəlif etnik və dini icmalar arasında dərinləşən parçalanmanın göstəricisi kimi də qiymətləndirilir.


Bəzi analitiklər bildirirlər ki, hökumətin bu addımı ölkənin daxilində yeni gərginlik ocaqları yarada, druzlarla mərkəzi hakimiyyət arasında etimadı tam şəkildə məhv edə bilər. Eyni zamanda İsrail və bölgədəki digər güclərin prosesə dolayı müdaxilə etməsi də ehtimal olunur.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Cinayətkar Tayqa meşəsində gizləndi: 8 il sonra saxlanıldı

Cinayətkar Tayqa meşəsində gizləndi: 8 il sonra saxlanıldı

Tramp: "Enerji obyektlərinə hücumu 10 gün müddətinə dayandırıram" - FOTO

Tramp: "Enerji obyektlərinə hücumu 10 gün müddətinə dayandırıram" - FOTO

DÇ-2026: Türkiyə millisi Rumıniyanı məğlub edərək pley-off finalına vəsiqə qazanıb - VİDEO

DÇ-2026: Türkiyə millisi Rumıniyanı məğlub edərək pley-off finalına vəsiqə qazanıb - VİDEO

Rusiyadan İrana göndərilən humanitar yardım Astaraya çatıb – FOTO

Rusiyadan İrana göndərilən humanitar yardım Astaraya çatıb – FOTO

Elektron siqaret qadağası – GƏLƏN HƏFTƏ QÜVVƏYƏ MİNƏCƏK

Elektron siqaret qadağası – GƏLƏN HƏFTƏ QÜVVƏYƏ MİNƏCƏK

Ronaldo “Əl Nəsr”in düşərgəsinə qayıtdı

Ronaldo “Əl Nəsr”in düşərgəsinə qayıtdı

İllər sonra onu ölümdən qurtaran qəhrəmanla görüşdü - FOTO

İllər sonra onu ölümdən qurtaran qəhrəmanla görüşdü - FOTO

Sosial şəbəkələrdə TƏHLÜKƏLİ TREND: Ölülər "dirildilir", görüntüləri satılır - VİDEO

Sosial şəbəkələrdə TƏHLÜKƏLİ TREND: Ölülər "dirildilir", görüntüləri satılır - VİDEO

Daha bir ölkədə güclü ZƏLZƏLƏ oldu

Daha bir ölkədə güclü ZƏLZƏLƏ oldu

Milimizin son məşqi - FOTO

Milimizin son məşqi - FOTO

"Kurtlar Vadisi"nin məşhur malikanəsi FANTASTİK QİYMƏTƏ SATILIR - FOTOLAR

"Kurtlar Vadisi"nin məşhur malikanəsi FANTASTİK QİYMƏTƏ SATILIR - FOTOLAR

Kallas: Yaxın Şərqdəki gərginlik diqqəti Ukraynadan yayındırmamalıdır - FOTO

Kallas: Yaxın Şərqdəki gərginlik diqqəti Ukraynadan yayındırmamalıdır - FOTO

FİFA-dan yeni qaydalar: VAR sisteminin səlahiyyəti artırılır

FİFA-dan yeni qaydalar: VAR sisteminin səlahiyyəti artırılır

Nadir: "Toyda bunu etmək tərbiyəsizlikdir" - VİDEO

Nadir: "Toyda bunu etmək tərbiyəsizlikdir" - VİDEO

Telefon kamerası vasitəsilə kimisə izləyə bilərsinizmi?

Telefon kamerası vasitəsilə kimisə izləyə bilərsinizmi?

Dünyada ən çox hərbçiyə malik olan ölkələr - SİYAHI

Dünyada ən çox hərbçiyə malik olan ölkələr - SİYAHI

Çox işləyənlərin nəzərinə: İşdən sonra bunları etsəniz xoşbəxt olacaqsınız

Çox işləyənlərin nəzərinə: İşdən sonra bunları etsəniz xoşbəxt olacaqsınız

Nura Suri: Göstəriş üçün yaşamaqdan imtina edin

Nura Suri: Göstəriş üçün yaşamaqdan imtina edin

Emin Mahmudov: Nəticə bizim üçün vacibdir

Emin Mahmudov: Nəticə bizim üçün vacibdir

Kişilər qadınları buna görə əsəbləşdirir - Heç kimin düşünmədiyi nüans

Kişilər qadınları buna görə əsəbləşdirir - Heç kimin düşünmədiyi nüans

Türkiyə XİN: Müharibənin Qara dəniz hövzəsinə yayılmamaması üçün danışıqlar davam etdirilir

Türkiyə XİN: Müharibənin Qara dəniz hövzəsinə yayılmamaması üçün danışıqlar davam etdirilir

Xarici KİV: Müharibə mağazalarda qiymət artımına səbəb olacaq

Xarici KİV: Müharibə mağazalarda qiymət artımına səbəb olacaq

Dəriniz qurudursa bu meyvələrdən uzaq durun

Dəriniz qurudursa bu meyvələrdən uzaq durun

Ermənistanda bir neçə hərbçi bıçaqlanıb

Ermənistanda bir neçə hərbçi bıçaqlanıb

End of content

No more pages to load

RADİO