Rusiyanın Yekaterinburq terrorunda məqsədi məlum oldu

“Politika stranı” Teleqram kanalı Rusiya ilə Azərbaycan arasında son günlər münasibətlərin gərginləşməsinə diqqət çəkib.

Bizim.Media xəbər verir ki, sosial media Yekaterinbuqrdakı son zorakılıqların Rusiya təhlükəsizlik qüvvələri tərəfindən kifayət qədər düşünülmüş, nümayişkaranə şəkildə və kifayət qədər amansızlıqla həyata keçirildiyini yazıb.

O da qeyd olunub ki, Rusiya tərəfi son hadisələrdə həlak olan iki azərbaycanlının ölümündən sonra belə öz “hüquq-mühafizə orqanları əməkdaşlarının hərəkətlərinin qanuniliyi ilə bağlı araşdırma aparmaq” barədə qeyri-müəyyən vədlər belə verməyib: “Ümumiyyətlə, Moskvadan qətl ittihamlarına praktiki olaraq heç bir rəsmi reaksiya yoxdur. Həmçinin Kremlin nəzarətində olan Telegram kanalları şəbəkəsi təhlükəsizlik qüvvələrinin müdafiəsinə qalxaraq, Bakının ünvanına sərt tənqidlər yağdırır”.
 

“Politika Stranı” Azərbaycana qarşı yönəlmiş bu terrorun səbəblərinə diqqət çəkir. Kanalın fikrincə, birinci səbəb Azərbaycanın “Rusiya Federasiyasından açıq-aşkar uzaqlaşması ilə bağlıdır” və AZAL təyyarəsinin vurulmasından sonra Moskva haqqında sərt bəyanatlar səsləndirilir: “Aydındır ki, bu, Kremlin xoşuna gəlməyəcək. İkincisi, Rusiyada azərbaycanlılar həm biznesdə, həm də kriminal iyerarxiyada çox ciddi mövqelər tuturlar.


Bu iki faktı bir araya gətirsək, güman etmək olar ki, Moskva Rusiya Federasiyasında zəngin Azərbaycan diasporunun mövcudluğundan Bakıya təzyiq rıçaqı kimi istifadə etməyə, Azərbaycan hakimiyyətinin mövqeyini düzəltməyə, onları seçim qarşısında qoymağa çalışır: ya kursu dəyişsin, ya da Rusiya Federasiyasındakı ən iri azərbaycanlı iş adamları “dekulatlaşdırılacaq” və onların əmlakı başqalarının əlinə keçəcək. Bu həm də Rusiya Federasiyası daxilindəki Azərbaycan diasporunun nümayəndələrinə Bakıya müəyyən istiqamətdə təsir etmək üçün bir siqnaldır”.
 

Şərhçilərin fikrincə, Azərbaycan Prezidenti İlham Əliyev “sərt mövqe tutarsa, bu, azərbaycanlı iş adamlarının Rusiya Federasiyasındakı milyardlarla dollar dəyərində aktivlərini əlindən almaq üçün istifadə olunacaq”. O da qeyd olunur ki, 2022-ci ildən sonra Rusiyada Ukraynada genişmiqyaslı müharibənin başlamasından sonra Azərbaycan Rusiya üçün “qeyri-dost ölkələrin” siyahısına düşüb.


Kanal bundan sonra da azərbaycanlıların sıxışdırılacağını proqnozlaşdırır. Proqnozlar arasında Bakının ortaq logistika marşrutlarından imtina etməsi perspektivi də var: “Lakin burada asılılıq və fayda qarşılıqlıdır və layihələrin pozulmasından kimin daha çox itirəcəyi məlum deyil (məsələn, bu il Bakı-Novorossiysk kəməri ilə ixrac üçün 2,5 milyon ton Azərbaycan neftinin vurulması planlaşdırılır)”.

Bu sırada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın faktiki olaraq Suriyanın yeni hökumətinə nəzarət etdiyi və bununla da, Rusiya bazalarına problemlər yarada biləcəyi vurğulanır: Etirazlar səngiyərsə, demək, Bakı və Moskva müəyyən şərtlərlə razılaşa bilərlər. Qalmaqal davam edərsə, bu o deməkdir ki, iki ölkə açıq qarşıdurmaya keçə bilər. Bu mərhələdə söhbət hərbi qarşıdurmadan getməsə də, çox geniş diapazonda əlaqələr qırıla bilər. (Teleqraf.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Buzovnada qaya daşlarını zədələyən şəxs SAXLANILDI

Buzovnada qaya daşlarını zədələyən şəxs SAXLANILDI

Bu istiqamətə uçuşlar noyabra qədər təxirə salındı

Bu istiqamətə uçuşlar noyabra qədər təxirə salındı

Prezidentin İZİ İLƏ – Jurnalistlər “Şirvan Aqro” heyvandarlıq kompleksində - FOTO

Prezidentin İZİ İLƏ – Jurnalistlər “Şirvan Aqro” heyvandarlıq kompleksində - FOTO

Bu iki əlamətə DİQQƏT EDİN – Xərçəngin XƏBƏRÇİSİDİR

Bu iki əlamətə DİQQƏT EDİN – Xərçəngin XƏBƏRÇİSİDİR

Yaxşı Ana kimdir?- Mükəmməllik lazım deyil

Yaxşı Ana kimdir?- Mükəmməllik lazım deyil

Məşhur reperə iş kəsildi

Məşhur reperə iş kəsildi

Azərbaycanlılar Gürcüstandan deportasiya olundu

Azərbaycanlılar Gürcüstandan deportasiya olundu

Əfsanəvi Elnur Məmmədov bomj kimi həyatını itirdi - FOTO

Əfsanəvi Elnur Məmmədov bomj kimi həyatını itirdi - FOTO

Bakı aeroportu cədvəlini DƏYİŞİR

Bakı aeroportu cədvəlini DƏYİŞİR

Bu avtomobillər kəskin bahalaşdı - VİDEO

Bu avtomobillər kəskin bahalaşdı - VİDEO

"Euronews"da Azərbaycan paxlavasına həsr olunmuş reportaj yayımlanıb

"Euronews"da Azərbaycan paxlavasına həsr olunmuş reportaj yayımlanıb

Xamenei ABŞ-la danışıqlara razılıq verdi

Xamenei ABŞ-la danışıqlara razılıq verdi

Lənkəranda avtomobil AŞIB – Yaralılar var

Lənkəranda avtomobil AŞIB – Yaralılar var

Ağstafada mikroavtobus qəzaya düşdü - Xəsarət alanlar var

Ağstafada mikroavtobus qəzaya düşdü - Xəsarət alanlar var

Həmkarından Brilliant Dadaşovaya – “Belə mahnı oxuma, efirə sanballı çıx..." - VİDEO

Həmkarından Brilliant Dadaşovaya – “Belə mahnı oxuma, efirə sanballı çıx..." - VİDEO

"Gəray bəy" obrazı ilə yaddaşlara həkk olan Həsənağa Turabovun doğum günüdür

"Gəray bəy" obrazı ilə yaddaşlara həkk olan Həsənağa Turabovun doğum günüdür

Türkiyə Azərbaycandan aldığı neftin həcmini 3 dəfədən çox artırıb

Türkiyə Azərbaycandan aldığı neftin həcmini 3 dəfədən çox artırıb

Azərbaycanda ciddi su problemi yarana bilər

Azərbaycanda ciddi su problemi yarana bilər

Analar daha fədəkar olmaq istəmirlər- İLGİNC SƏBƏBLƏR

Analar daha fədəkar olmaq istəmirlər- İLGİNC SƏBƏBLƏR

Sabahdan hava PİSLƏŞƏCƏK

Sabahdan hava PİSLƏŞƏCƏK

Elektrikli avtobuslar sərnişinləri GECİKDİRİR? – MÜHÜM AÇIQLAMA

Elektrikli avtobuslar sərnişinləri GECİKDİRİR? – MÜHÜM AÇIQLAMA

“Aİ-92” markalı benzin ucuzlaşacaq? - AÇIQLAMA

“Aİ-92” markalı benzin ucuzlaşacaq? - AÇIQLAMA

Bir döyüşdə 20 düşmən əsgərini məhv edən, özünə şəhidliyi arzulayan QƏHRƏMAN – Doğum günü olan Pəncəli Teymurovun HƏYAT YOLU

Bir döyüşdə 20 düşmən əsgərini məhv edən, özünə şəhidliyi arzulayan QƏHRƏMAN – Doğum günü olan Pəncəli Teymurovun HƏYAT YOLU

Zəlzələni proqnozlaşdıracaq yeni üsul

Zəlzələni proqnozlaşdıracaq yeni üsul

End of content

No more pages to load

RADİO