Stalini geridə qoyan Putin dövrü: qəddar şovinizm, zorakılıq və rus xalqının faciəsi…

Stalin repressiyaları. Bu, Rusiyanın, ümumilikdə postsovet məkanının ən ağır, ən faciəli dövrlərindən biri sayılır. Bu gün Rusiyada baş verənlər Stalin represiyalarının yenidən geri qayıtdığının təsdiqidir, amma daha dəhşətli formada. Bunu Putin dövrü saymaq olar. Əgər Stalin dövründə insanlar kütləvi şəkildə həbs olunaraq, güllələnirdilərsə, Putin dövründə insanlar həbs olunmadan, evlərində, yatdıqları yerdə güllələnir.

Stalin dövründə insanları evlərində, küçələrdə güllələmirdilər, həbs edirdilər, məhkəmə keçirilirdi, məhkənin qərarı ilə ölüm hökmü icra olunurdu.

Putin dövründə isə heç bir məhkəmə qərarı olmadan, insanlar evlərində, küçələrdə sorğusuz-sualsız qətlə yetirilir.
 

Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) Yekaterinburqda azərbaycanlıların evlərinə basqın etməsi, yatdıqları yerdə insanların qətlə yetirilməsi, küçələrdə döyülməsi Stalin dövründən daha dəhşətlidir. Bu, Putin dövrünün qəddarlığıdır.


Tarix Rusiyanın digər xalqlara qarşı zorakılıq səhifələri ilə doludur. İstər Çar Rusiyası, istər SSRİ dövründə olsun, istərsə indi. SSRİ-nin ən qəddar dövrünü Stalinin adı ilə bağlı idisə, bu gün Putin öz əməlləri ilə onu da keçib. Hazırda Rusiyada azərbaycanlılara, özbəklərə, qırğızlara, türkmənlərə və digər millətlərin nümayəndələrinə qarşı həyata keçirilən şovinist, diskriminasiya və islamofob siyasətin başında Rusiya rəhbərliyi, birbaşa prezident Vladimir Putin dayanır.

Putin əslində Rusiyanın əsrlər boyu digər xalqlara qarşı qəddar siyasət ənənəsini davam etdirir, amma daha sərt formada, özünəməxsus şəkildə. Ukraynada bombalanan şəhərlər, qətlə yetirilən mülki insanlar bunun real mənzərəsini ortaya qoyur. Halbuki, ukraynalılar dil, din və etnik baxımdan slavyandırlar, yəni ruslarla eyni kökə məxsusdurlar.

Rusiya bu müharibədə öz qardaşlarını qətliama məruz qoyur. Ukrayna şəhər və kəndlərinin yer üzündən silinməsi, Buçada törədilən soyqırımı, mülki insanların raket zərbələrinin altında məhv edilməsi Putinin qardaş qətliamından başqa bir şey deyil.

90-cı illərdə Azərbaycan da eyni qətliamlara məruz qalmışdı, Xocalıda törədilən soyqırımı kimi.

Torpaqlarımız işğal edildi, şəhərlərimiz, kəndlərimiz məhv edildi, insanlarımız qətlə yetirildi. Bu terrorun icraçısı Ermənistan idisə, sifarişçisi və dəstəkçisinin Rusiya olduğunu hər kəs bilir. Rusiyanın 366-cı alayının Xocalı soyqırımında iştirakı da sirr deyil. Eyni qətliam 20 Yanvarda Bakı küçələrində törədilmişdi. Torpaqlarımızın 30 ilə yaxın işğalda qalmasının əsas dəstəkçisi yenə Rusiya idi.

Bu gün Rusiya şovinizminin fərqli formalarda tətbiq edildiyini görürük. Hazırda Rusiyada digər xalqlara qarşı törədilən cinayətlər şovinizm və islamofobiyanın ən yüksək həddə çatdığını təsdiq edir. Rusiya “etnik cinayət” adı altında etnik təmizləmə həyata keçirir. Eyni təmizləmə siyasəti 90-cı illərdə çeçen xalqına qarşı törədilmişdi, indi digər xalqlara qarşı etməyə çalışırlar.
 

Rusiyanın yenidən 90-cı illərə qayıtdığı müşahidə edilir. Şovinizmin çiçəklənməsi, qeyri-rusların qətlə yetirilməsi, zorakılığa məruz qalması və s. Lakin bir fərq var. Əgər 90-cı illərdə bu “skinhedlər” vasitəsilə edilirsə, indi birbaşa Rusiya hüquq-mühafizə orqanları küçələrdə terror əsdirir.


Rus Pravoslav kilsəsi isə barışdırıcı rolda olmaq əvəzinə, qızışdırıcı yer tutur, ideoloji təxribatları əsaslandırır, hüquq-mühafizə orqnlarının qəddarlığına, qanunsuzluq və özbaşınalığına haqq qazandırır.

Kreml “Etnocinayətkarlıq” adlı bir termin uydurub, qeyri-ruslara qarşı törədilən zorakılığı, bir sözlə etnik təmizləmə siyasətini bu ad altında qanuniləşdirməyə çalışır. Bu, Rusiyanın törətdiyi və daha da genişləndirməyi planlaşdırdığı etnotəmizləmə siyasətinə zəmin yaradır.

Bütün bunlar humanizmdən dəm vuran Rusiya dövlətinin, həm də rus xalqının faciəsidir. Bu faciənin başında da məhz Putin dayanır.

Yekaterinburqda azərbaycanlılara qarşı törədilən zorakılıq Rusiyanın Azərbaycana qarşı siyasətinin davamıdır. AZAL-ın təyyarəsini vurdular, mülki insanlar həlak oldu, Rusiya cinayətkarları cəzalandırmaq əvəzinə hadisəni ört-basdır etməyə çalışır, digər tərəfdən, Azərbaycana qarşı təzyiqlərə əl atır.

Milli Məclisin deputatı Azər Badamovun Rusiyada hava limanında saxlanılması və deport edilməsi, media resurslarımıza qarşı kiberhücumların həyata keçirilməsi bu siyasətin tərkib hissəsidir. İndi də soydaşlarımıza qarşı zorakılığa əl atırlar. Rusiya bu gün özünün ən qəddar dövrünü yaşayır. Bu, Putin dövrüdür.

Vasif Həsənli

Demokrat.az xəbər portalının baş redaktoru

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

2026-cı ildə bu məhsullar BAHALAŞACAQ

2026-cı ildə bu məhsullar BAHALAŞACAQ

Hökümə Əliyevanın atası: Təyyarə qəzasına səbəb olanların cəzalanmasını gözləyirik

Hökümə Əliyevanın atası: Təyyarə qəzasına səbəb olanların cəzalanmasını gözləyirik

2026-cı ilə xoşbəxt başlayacaq BÜRCLƏR

2026-cı ilə xoşbəxt başlayacaq BÜRCLƏR

DİQQƏT! Bakının 2 rayonunda qaz olmayacaq

DİQQƏT! Bakının 2 rayonunda qaz olmayacaq

DİN-dən kiberdələduzluqla bağlı XƏBƏRDARLIQ

DİN-dən kiberdələduzluqla bağlı XƏBƏRDARLIQ

Avro və rubl ucuzlaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Avro və rubl ucuzlaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Ağdam şəhərinə daha 308 nəfər köçürülür

Ağdam şəhərinə daha 308 nəfər köçürülür

Bakıda daha 2 nəfər dəm qazından öldü

Bakıda daha 2 nəfər dəm qazından öldü

Dəməşqdə İŞİD terror təşkilatının lideri TUTULDU

Dəməşqdə İŞİD terror təşkilatının lideri TUTULDU

“Kənd toyuğu” adıyla satılan rənglənmiş toyuqları necə ayırd etmək olar? – Bu üç üsul həyatınızı xilas edəcək

“Kənd toyuğu” adıyla satılan rənglənmiş toyuqları necə ayırd etmək olar? – Bu üç üsul həyatınızı xilas edəcək

ŞAD XƏBƏR: Pensiyaçılar bu sosial xidmətdən pulsuz yararlanır, əks halda 200 manat ödəyəcəkdilər

ŞAD XƏBƏR: Pensiyaçılar bu sosial xidmətdən pulsuz yararlanır, əks halda 200 manat ödəyəcəkdilər

İlham Əliyev: “İsgəndər M” Şuşaya necə zərbə endirdi? – VİDEO

İlham Əliyev: “İsgəndər M” Şuşaya necə zərbə endirdi? – VİDEO

Milyonları göyə sovurdu, zibilyığan oldu - Fotolar

Milyonları göyə sovurdu, zibilyığan oldu - Fotolar

TƏCİLİ: “JEK”lərlə bağlı QƏRAR VERİLDİ

TƏCİLİ: “JEK”lərlə bağlı QƏRAR VERİLDİ

Prezidentlə xanımını kövrəldən çıxış: “Möhlət arzulamışdım” – VİDEO

Prezidentlə xanımını kövrəldən çıxış: “Möhlət arzulamışdım” – VİDEO

Başörtülü qadın Paris metrosunda TƏHQİR EDİLDİ

Başörtülü qadın Paris metrosunda TƏHQİR EDİLDİ

Prezident: “Balaca Heydərin iki oğlu var” – VİDEO

Prezident: “Balaca Heydərin iki oğlu var” – VİDEO

Daha 4 kəndə NÖVBƏTİ KÖÇ - FOTO

Daha 4 kəndə NÖVBƏTİ KÖÇ - FOTO

İlham Əliyevdən təyyarə faciəsinin ildönümü ilə bağlı PAYLAŞIM – FOTO

İlham Əliyevdən təyyarə faciəsinin ildönümü ilə bağlı PAYLAŞIM – FOTO

BİZİM TƏQVİM:25 dekabrda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM:25 dekabrda baş vermiş tarixi hadisələr

Zidan oğlunu Mərakeşdə tribunadan izlədi

Zidan oğlunu Mərakeşdə tribunadan izlədi

48 yaşlı qadın dərmandan ZƏHƏRLƏNDİ

48 yaşlı qadın dərmandan ZƏHƏRLƏNDİ

ETSN ilə BMT arasında gələcək fəaliyyət istiqamətlərinə dair müzakirələr aparıldı - FOTO

ETSN ilə BMT arasında gələcək fəaliyyət istiqamətlərinə dair müzakirələr aparıldı - FOTO

Ronaldonun komandası qrup mərhələsini darmadağınla BAŞA VURDU

Ronaldonun komandası qrup mərhələsini darmadağınla BAŞA VURDU

End of content

No more pages to load

RADİO