Rusiya Nikolayev və Lvov şəhərlərinə zərbə endirdi - VİDEO

29 iyun gecəsi Ukraynanın bir çox bölgəsində, o cümlədən Nikolayev və Lvov şəhərlərində güclü partlayış səsləri eşidilib.

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna mətbuatı yazıb.

Mənbə qeyd edir ki, bu, Rusiyanın hücum dalğasının bir hissəsi olub.

Eyni vaxtda bütün Ukrayna ərazisində hava həyəcanı elan edilib. Rəsmi məlumatlara əsasən, həyəcan siqnalları Bakı vaxtı ilə saat 03:20-dən etibarən qüvvədə olub. Bu barədə əhaliyə xəbərdarlıq etmək üçün nəzərdə tutulmuş Ukraynanın rəsmi operativ xəbərdarlıq sistemi məlumat yayıb.

Son hücumlar nəticəsində Ukraynanın bir neçə vilayətində dağıntılar və xəsarət alanlar qeydə alınıb. Hücumlar əsasən ballistik raketlər və “Shahed” tipli dronlar vasitəsilə həyata keçirilib.

Çerkası vilayəti:

Vilayətin hərbi administrasiyasının rəhbəri İqor Taburetsin verdiyi məlumata görə, 6 nəfər xəsarət alıb, onların arasında bir uşaq da var. Hücum nəticəsində 3 doqquzmərtəbəli yaşayış binası və Milli Ərzaq Texnologiyaları Universitetinin yerli kollecinin binası zədələnib.

Lvov şəhəri:

Şəhər meri Andrey Sadovoy və vilayət administrasiyasının rəhbəri Maksim Kozitskiy bildirib ki, şəhərin enerji infrastrukturu hədəfə alınsa da, zərərçəkən və dağıntı yoxdur.

Nikolayev şəhəri:

Vilayət hərbi administrasiyasının rəhbəri Vitaliy Kimin sözlərinə görə, xəsarət alan yoxdur. Lakin ballistik raketlər və kamikadze dronların hücumu nəticəsində bir anbar kompleksi zədələnib.

Poltava vilayəti, Kremençuk rayonu:

Burada sənaye müəssisələrindən biri hücuma məruz qalıb, yanğın baş verib. Xoşbəxtlikdən, xəsarət alan yoxdur.

Zaporojye vilayəti:

Vilayət rəhbəri Fedorov bildirib ki, bir istehsalat müəssisəsinin binası zədələnib, lakin heç kim xəsarət almayıb.

İvano-Frankovsk vilayəti:

Burada dron və raket qalıqları şəxsi evlərin üzərinə düşüb. Vasyutin kəndində kilsənin pəncərələri və taxta zəng qülləsi zədələnib.Narayevka kəndində isə bir qadın yaralanıb və xəstəxanaya yerləşdirilib. Ölən yoxdur.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Buzovnada qaya daşlarını zədələyən şəxs SAXLANILDI

Buzovnada qaya daşlarını zədələyən şəxs SAXLANILDI

Bu istiqamətə uçuşlar noyabra qədər təxirə salındı

Bu istiqamətə uçuşlar noyabra qədər təxirə salındı

Prezidentin İZİ İLƏ – Jurnalistlər “Şirvan Aqro” heyvandarlıq kompleksində - FOTO

Prezidentin İZİ İLƏ – Jurnalistlər “Şirvan Aqro” heyvandarlıq kompleksində - FOTO

Bu iki əlamətə DİQQƏT EDİN – Xərçəngin XƏBƏRÇİSİDİR

Bu iki əlamətə DİQQƏT EDİN – Xərçəngin XƏBƏRÇİSİDİR

Yaxşı Ana kimdir?- Mükəmməllik lazım deyil

Yaxşı Ana kimdir?- Mükəmməllik lazım deyil

Məşhur reperə iş kəsildi

Məşhur reperə iş kəsildi

Azərbaycanlılar Gürcüstandan deportasiya olundu

Azərbaycanlılar Gürcüstandan deportasiya olundu

Əfsanəvi Elnur Məmmədov bomj kimi həyatını itirdi - FOTO

Əfsanəvi Elnur Məmmədov bomj kimi həyatını itirdi - FOTO

Bakı aeroportu cədvəlini DƏYİŞİR

Bakı aeroportu cədvəlini DƏYİŞİR

Bu avtomobillər kəskin bahalaşdı - VİDEO

Bu avtomobillər kəskin bahalaşdı - VİDEO

"Euronews"da Azərbaycan paxlavasına həsr olunmuş reportaj yayımlanıb

"Euronews"da Azərbaycan paxlavasına həsr olunmuş reportaj yayımlanıb

Xamenei ABŞ-la danışıqlara razılıq verdi

Xamenei ABŞ-la danışıqlara razılıq verdi

Lənkəranda avtomobil AŞIB – Yaralılar var

Lənkəranda avtomobil AŞIB – Yaralılar var

Ağstafada mikroavtobus qəzaya düşdü - Xəsarət alanlar var

Ağstafada mikroavtobus qəzaya düşdü - Xəsarət alanlar var

Həmkarından Brilliant Dadaşovaya – “Belə mahnı oxuma, efirə sanballı çıx..." - VİDEO

Həmkarından Brilliant Dadaşovaya – “Belə mahnı oxuma, efirə sanballı çıx..." - VİDEO

"Gəray bəy" obrazı ilə yaddaşlara həkk olan Həsənağa Turabovun doğum günüdür

"Gəray bəy" obrazı ilə yaddaşlara həkk olan Həsənağa Turabovun doğum günüdür

Türkiyə Azərbaycandan aldığı neftin həcmini 3 dəfədən çox artırıb

Türkiyə Azərbaycandan aldığı neftin həcmini 3 dəfədən çox artırıb

Azərbaycanda ciddi su problemi yarana bilər

Azərbaycanda ciddi su problemi yarana bilər

Analar daha fədəkar olmaq istəmirlər- İLGİNC SƏBƏBLƏR

Analar daha fədəkar olmaq istəmirlər- İLGİNC SƏBƏBLƏR

Sabahdan hava PİSLƏŞƏCƏK

Sabahdan hava PİSLƏŞƏCƏK

Elektrikli avtobuslar sərnişinləri GECİKDİRİR? – MÜHÜM AÇIQLAMA

Elektrikli avtobuslar sərnişinləri GECİKDİRİR? – MÜHÜM AÇIQLAMA

“Aİ-92” markalı benzin ucuzlaşacaq? - AÇIQLAMA

“Aİ-92” markalı benzin ucuzlaşacaq? - AÇIQLAMA

Bir döyüşdə 20 düşmən əsgərini məhv edən, özünə şəhidliyi arzulayan QƏHRƏMAN – Doğum günü olan Pəncəli Teymurovun HƏYAT YOLU

Bir döyüşdə 20 düşmən əsgərini məhv edən, özünə şəhidliyi arzulayan QƏHRƏMAN – Doğum günü olan Pəncəli Teymurovun HƏYAT YOLU

Zəlzələni proqnozlaşdıracaq yeni üsul

Zəlzələni proqnozlaşdıracaq yeni üsul

End of content

No more pages to load

RADİO