İş adamları və əhali bankdan pulunu geri çəkib

"Ziraat Bank Azərbaycan”nın öhdəlikləri də azalıb. Öhdəliklər 2025-ci ilin yanvarın 1-nə 787 milyon 589 min manatdan 771 milyon 307 min manata düşüb. Bunda əsasən əhalinin banka yatırdığı vəsaitlər mühüm rol oynayıb. Belə ki, bankda fiziki və hüquqi şəxslərin tələbli depozitləri kəskin azalıb. Fiziki şəxslərin bankdakı tələbli depozitləri ilin əvvəlində olan 32 milyon 480 min manatdan 30 milyon 16 min manata düşüb. Hüquqi şəxslərin tələbli depozitləri isə (qeyri-bank maliyyə institutlarının cari hesabları da daxil olmaqla) ilin əvvəlinə olan 255 milyon 494 min manatdan aprelin birinə 179 milyon 386 min manata düşüb. Fiziki və hüquqi şəxslərin müddətli depozitləri isə 277 milyon 679 min manatdan 262 milyon 756 min manata enib. Beləliklə, 2024-cü ilin sonunda 565 milyon 654 min manat depozit portfeli olan bankın hesabındakı əhalinin pulları 472 milyon 158 min manata düşüb.
 

Məlum olduğu "Ziraat Bank Azərbaycan” əsasən biznes kreditləri ilə, daha dəqiq ifadə etsək özəl təsərüffat cəmiyyətlərinə verdiyi borclarla məşhurdur. Son 1 ildə Bankın kredit portfeli 54,8 % böyüyüb. Bankın 574 milyon 720 min manatlıq kredit portfelinin 532 milyon 107 min manatını biznes kreditləri təşkil edir. Həmin kreditlərin 52 milyon 854 min manatının vaxtı keçib.


Bu da kredit portfelinin 9,93 faizinə bərabərdir. Yeri gəlmişkən, bankda vaxtı keçmiş kreditlərin ümumi həcmi 54 milyon 344 min manatdır. Bunun 52 milyon manatını biznes sektoruna verilən vəsaitlərin payına düşməsi maliyyə qurumu üçün əhəmiyyətli itki deməkdir. Müqayisə üçün bildirək ki, 2024-cü ilin birinci rübündə biznes kreditləri üzrə vaxtı keçmiş kreditlərin həcmi 24 milyon 166 min manat olub. Portfelin 6,78 faizi həcmində.

Onu da bildirək bankın 532 milyon 107 min manatlıq biznes kreditləri portfelinin cəmi 274 milyon 408 min manatı təminatsızdır. İş adamlarına verilən kreditlərin əsas təminatçısı kimi onların əmlakları çıxış edir. Məlumatlara görə, "Ziraat Bank Azərbaycan”nın sərəncamında biznes subyektlərindən müsadirə etdiyi, sata bilmədiyi əmlakların sayı-hesabı yoxdur.

Gecikmələr sayəsində proqnozlaşdırdığı gəlirlərdən məhrum olan, depozit portfeli kiçilən "Ziraat Bank Azərbaycan” biznes subyektlərindən müsadirə etdiyi bu əmlakları mütəmadi olaraq dəyərindən iki dəfə ucuz satışa çıxarır.

Maliyyə hesabatları göstərir ki, hazırda bankda 3 milyon 527 min manat təhlükəli kredit, 10 milyon 741 min manat ümidsiz kredit var. Onu da bildirək ki, "Ziraat Bank Azərbaycan” minimal kredit faizi ən yüksək müəyyən edən banklardan biridir. Bankda kredit faizləri minimum 17 %-dən başlayır. 1 %-lik komissiya haqqı da əlavə olunsa, bu müştərilərin minimal kredit xərci 18 % təşkil edir. Bank 36 aya 25 min manatadək kredit təklif edir.

Xatırladaq ki, "Ziraat Bank Azərbaycan” 2014-cü ildə yaradılıb, onun nizamnamə kapitalı 65,5 milyon manatdır. Bankın səhmlərinin 99,98 %-i "Ziraat Bank”a (Türkiyə), 0,01 % - "Ziraat Texnoloji Şirkəti”nə, 0,01 %-i isə Ziraat Yatırım Menkul Değerler Şirkətinə (Türkiyə) məxsusdur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Əmək münasibətlərində yeni TƏLƏB - Pis xasiyyətli işçilərin aqibəti necə olacaq?

Əmək münasibətlərində yeni TƏLƏB - Pis xasiyyətli işçilərin aqibəti necə olacaq?

Marta Kos: “Ukraynanın Avropa İttifaqına 2027-ci ilə qədər qoşulması mümkün deyil”

Marta Kos: “Ukraynanın Avropa İttifaqına 2027-ci ilə qədər qoşulması mümkün deyil”

İranda kütləvi həbslər həyata keçirilib

İranda kütləvi həbslər həyata keçirilib

Qahirə Universitetinin tələbələri "Azərbaycan" şeirini dedilər - VİDEO

Qahirə Universitetinin tələbələri "Azərbaycan" şeirini dedilər - VİDEO

Ermənistanda zəlzələ olub

Ermənistanda zəlzələ olub

İranda öldürülən Əli Laricaninin yerinə TƏYİNAT

İranda öldürülən Əli Laricaninin yerinə TƏYİNAT

Ombudsman DTX təcridxanasına baş çəkib - FOTO

Ombudsman DTX təcridxanasına baş çəkib - FOTO

“Mama uşağı” PROBLEMİ - Qayınananızla necə davranmalısınız?

“Mama uşağı” PROBLEMİ - Qayınananızla necə davranmalısınız?

İsrail Müdafiə naziri Livanla bağlı xəbərdarlıq edib

İsrail Müdafiə naziri Livanla bağlı xəbərdarlıq edib

Buzovnada qaya daşlarını zədələyən şəxs SAXLANILDI

Buzovnada qaya daşlarını zədələyən şəxs SAXLANILDI

Bu istiqamətə uçuşlar noyabra qədər təxirə salındı

Bu istiqamətə uçuşlar noyabra qədər təxirə salındı

Prezidentin İZİ İLƏ – Jurnalistlər “Şirvan Aqro” heyvandarlıq kompleksində - FOTO

Prezidentin İZİ İLƏ – Jurnalistlər “Şirvan Aqro” heyvandarlıq kompleksində - FOTO

Bu iki əlamətə DİQQƏT EDİN – Xərçəngin XƏBƏRÇİSİDİR

Bu iki əlamətə DİQQƏT EDİN – Xərçəngin XƏBƏRÇİSİDİR

Yaxşı Ana kimdir?- Mükəmməllik lazım deyil

Yaxşı Ana kimdir?- Mükəmməllik lazım deyil

Məşhur reperə iş kəsildi

Məşhur reperə iş kəsildi

Azərbaycanlılar Gürcüstandan deportasiya olundu

Azərbaycanlılar Gürcüstandan deportasiya olundu

Əfsanəvi Elnur Məmmədov bomj kimi həyatını itirdi - FOTO

Əfsanəvi Elnur Məmmədov bomj kimi həyatını itirdi - FOTO

Bakı aeroportu cədvəlini DƏYİŞİR

Bakı aeroportu cədvəlini DƏYİŞİR

Bu avtomobillər kəskin bahalaşdı - VİDEO

Bu avtomobillər kəskin bahalaşdı - VİDEO

"Euronews"da Azərbaycan paxlavasına həsr olunmuş reportaj yayımlanıb

"Euronews"da Azərbaycan paxlavasına həsr olunmuş reportaj yayımlanıb

Xamenei ABŞ-la danışıqlara razılıq verdi

Xamenei ABŞ-la danışıqlara razılıq verdi

Lənkəranda avtomobil AŞIB – Yaralılar var

Lənkəranda avtomobil AŞIB – Yaralılar var

Ağstafada mikroavtobus qəzaya düşdü - Xəsarət alanlar var

Ağstafada mikroavtobus qəzaya düşdü - Xəsarət alanlar var

Həmkarından Brilliant Dadaşovaya – “Belə mahnı oxuma, efirə sanballı çıx..." - VİDEO

Həmkarından Brilliant Dadaşovaya – “Belə mahnı oxuma, efirə sanballı çıx..." - VİDEO

End of content

No more pages to load

RADİO