Trampın sabiq müşaviri və İlon Maskın tənqidçisi Stiv Bennon onu “qanunsuz immiqrant” adlandıraraq deportasiyaya çağırıb.
Bizim.Media xəbər verir ki, Bennon eyni zamanda Maskın narkotik vasitələrdən istifadə edib-etmədiyinə dair araşdırma aparılmasını tələb edib və SpaceX şirkətinin müsadirə olunmasını təklif edib.
Bu arada Tramp ilə gərginləşən qarşıdurma fonunda İlon Maskın sərvəti bir sutka ərzində 34 milyard dollar azalıb.
İtkilərə baxmayaraq, onun ümumi sərvəti 334,5 milyard dollar olaraq qiymətləndirilir — Mask hələ də dünyanın ən varlı insanı olaraq birinci yerdə qalır.
Bizim.Media