Yevlax rayon sakini 1979-cu il təvəllüdlü İlqar Aslan oğlu Hacıyev Rusiya tərfindən müharibəyə qoşulub və itkin düşüb.
Bizim.Media-nın yerli bürosunun verdiyi məlumata görə, İlqar Hacıyev Rusiyanın Nijni Novqorod şəhərində işləyirmiş. Oradan da Kazan şəhərinə gələrək müharibəyə yola düşüb.
Ailəsinin verdiyi məlumata görə, bir aya yaxındır ki , ondan xəbər ala bilmirlər. Artıq İ. Hacıyevin ailə üzvlərindən birini tibbi ekspertiza üçün Rusiyaya dəvət ediblər.
Leyla Vəfadar, Bizim.Media, Mərkəzi Aran bürosu