Şimali Koreya Rusiyaya əsgər göndərdiyini İLK DƏFƏ etiraf etdi

Koreya Xalq Demokratik Respublikası (KXDR) Ukraynaya qarşı müharibəyə dəstək məqsədi ilə Rusiyaya hərbçilər göndərdiyini ilk dəfə etiraf edib.

Bizim.Media Yonhap agentliyinə istinadla xəbər verir ki, bu barədə KXDR-in rəsmi KCNA agentliyi məlumat yayıb.

Agentlik KXDR hərbi qulluqçularının Kursk vilayətinin sərhədyanı rayonlarının azad edilməsində Rusiyaya kömək etdiyini bildirib.

KXDR hərbçiləri ölkə lideri Kim Çen Inın göstərişi ilə göndərilib. Agentlik yazır ki, KXDR lideri Rusiya ilə imzalanmış hərtərəfli strateji tərəfdaşlıq haqqında sazişə uyğun olaraq hərbi qulluqçuların göndərilməsinə qərar verib. Rəsmi Pxenyan Rusiyaya hərbi qulluqçu göndərilməsinin BMT və digər beynəlxalq hüquq sənədlərinə tam uyğun olduğunu bəyan edib.

Qeyd edək ki, Rusiya ilə KXDR arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında saziş ötən ilin iyununda imzalanıb. Sənədə əsasən, müharibə şəraitində tərəflər bir-birinə hərbi yardım etmək öhdəliyi götürüb.

Aprelin 26-da Rusiya tərəfi də ilk dəfə olaraq KXDR hərbi qulluqçularının Kursk vilayətinin sərhədyanı rayonlarının azad edilməsində iştirakını rəsmən təsdiqləyib. Rusiya Prezidenti Vladimir Putinin qarşısında məruzə ilə çıxış edən Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov bildirib ki, iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında saziş çərçivəsində fəaliyyət göstərən KXDR hərbçiləri region ərazisinə daxil olmağa cəhd edən Ukrayna Silahlı Qüvvələri qrupunun məhv edilməsində önəmli rol oynayıblar.
 

O qeyd edib ki, koreyalı əsgər və zabitlər “Rusiya hərbçiləri ilə çiyin-çiyinə döyüş tapşırıqlarını yerinə yetirərək yüksək peşəkarlıq, mətanət, mərdlik və qəhrəmanlıq nümayiş etdiriblər”.


Cənubi Koreya mediası KXDR-in ötən ilin oktyabrından bəri Rusiyaya təxminən 10 min nəfərlik hərbi kontingent göndərdiyini iddia edir.

Hərbi əməliyyatlar zamanı bir neçə koreyalı hərbçi Ukrayna tərəfindən əsir götürülsə də, Pxenyan məsələyə dair açıqlama verməyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Gömrük generalının adından dələduzluq - DETALLAR

Gömrük generalının adından dələduzluq - DETALLAR

Pakistan ABŞ-İran danışıqları üçün yeni TƏKLİF VERDİ

Pakistan ABŞ-İran danışıqları üçün yeni TƏKLİF VERDİ

Azərbaycan XİN Nepal və Çinə başsağlığı verdi - FOTO

Azərbaycan XİN Nepal və Çinə başsağlığı verdi - FOTO

Bu gecədən Xətai rayonunda yol BAĞLANIR

Bu gecədən Xətai rayonunda yol BAĞLANIR

DİQQƏT: Hərbi möhlətlər bu halda ləğv ediləcək

DİQQƏT: Hərbi möhlətlər bu halda ləğv ediləcək

“Sabah” futbol klubu Prezident İlham Əliyevə TƏŞƏKKÜR ETDİ

“Sabah” futbol klubu Prezident İlham Əliyevə TƏŞƏKKÜR ETDİ

Sahibə Qafarova Serbiyaya səfər edəcək

Sahibə Qafarova Serbiyaya səfər edəcək

Gəncədə qazi 36 yaşında vəfat etdi

Gəncədə qazi 36 yaşında vəfat etdi

Tələbə ola bilməyən gənclər üçün alternativ yollar və məsləhətlər - VİDEO

Tələbə ola bilməyən gənclər üçün alternativ yollar və məsləhətlər - VİDEO

"Evdə Tək 2" filminin ulduzu Tim Karri vəfat etdi

"Evdə Tək 2" filminin ulduzu Tim Karri vəfat etdi

“Meta” 18 milyard dollar cərimə ödəyəcək

“Meta” 18 milyard dollar cərimə ödəyəcək

Bakıda dəhşətli qətl törədildi

Bakıda dəhşətli qətl törədildi

Avropa çempionatı: Qadın voleybolçularımız Belçikaya uduzdu

Avropa çempionatı: Qadın voleybolçularımız Belçikaya uduzdu

Robert Köçəryanın həbsi ilə bağlı vəsatətə baxılacaq

Robert Köçəryanın həbsi ilə bağlı vəsatətə baxılacaq

Oğlu Kamran Ağabalayevi sevindirdi – FOTO

Oğlu Kamran Ağabalayevi sevindirdi – FOTO

Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün əyləncə tədbiri keçirildi - FOTO

Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün əyləncə tədbiri keçirildi - FOTO

ABŞ şirkətləri Bakıda keçiriləcək silah sərgisində iştirak edəcək - FOTO

ABŞ şirkətləri Bakıda keçiriləcək silah sərgisində iştirak edəcək - FOTO

Bakıda iki marşrutun hərəkəti dəyişdirildi

Bakıda iki marşrutun hərəkəti dəyişdirildi

Mehriban Əliyevanın sosial şəbəkə hesablarında VİDEOÇARX paylaşıldı

Mehriban Əliyevanın sosial şəbəkə hesablarında VİDEOÇARX paylaşıldı

ABŞ Rusiya almazlarının idxalına yenidən icazə verdi

ABŞ Rusiya almazlarının idxalına yenidən icazə verdi

Tiktokda söyüş söyən tələbə qız SAXLANILDI

Tiktokda söyüş söyən tələbə qız SAXLANILDI

Cəlilabadda ZƏLZƏLƏ OLDU

Cəlilabadda ZƏLZƏLƏ OLDU

Sürücülərin NƏZƏRİNƏ: Avqustun 27-si və 28-də bu yollar bağlanacaq

Sürücülərin NƏZƏRİNƏ: Avqustun 27-si və 28-də bu yollar bağlanacaq

Könül Həmzəyeva təqsirləndirilən şəxs oldu

Könül Həmzəyeva təqsirləndirilən şəxs oldu

End of content

No more pages to load

RADİO