“Hər zaman Rusiya xalqının və dövlətinin mənafeyinə xidmət etmişəm. Və müxtəlif etiketlər - cüzi dərəcədə belə narahat olduğum şey deyil”.
Bizim.Media “TASS”a istinadla xəbər verir ki, bu fikirləri Rusiya Prezidenti Vladimir Putin ABŞ lideri Co Baydenin onu “qatil” adlandırmasına münasibət bildirərkən deyib.
Putin bu bəyanatın onu qətiyyən narahat etmədiyini vurğulayıb. Rusiya prezidenti bildirib ki, fəliyyəti dövründə müxtəlif növ hücumlara artıq alışıb və bunlar onu təəccübləndirmir:
“ABŞ siyasi mədəniyyətində bu cür etiketlərin istifadəsi normal dır. Çox güman ki, bu Hollivudun təsirindəndir. Amma Rusiyada üçün bu normal görünmür.
Putinin sözlərinə görə, Rusiya-ABŞ münasibətləri son bir neçə il ərzində ən aşağı nöqtəyə çatıb.
Bizim.Media